Məhkəmə qərarları › İş №2(036)-351/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-351/2020

11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-351/2020 11.02.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Büsat qızı Hacıyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 16700 manat, mənəvi zərərə görə 30000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi, 2944-cü məhəllədə tikilən yeni yaşayış binasının 8-ci girişinin, 9-cu mərtəbəsində yerləşən, 128 kv.m sahəsi olan, 603 saylı mənzili öz vəsaiti hesabına həyat yoldaşı X4 adına almışdır. Onun təmiri üçün internet vasitəsi ilə (sayıt "Tikinti təmir.az") "Turqud Mustafazade" səhifəsi ilə rastlaşmış və beləliklə Cavabdeh ilə tanış olmuşdur. Cavabdehlə söhbət zamanı ona təmirlə məşğul olduğunu bildirərək bu sahədə yaxşı peşə sahibinin olduğunu bildirmişdir. Cavabdehlə aralarında olan razılığa görə cavabdeh 19000 manata evi tam təmir edib açarları təhvi verəcəkdi. Hətta digər ünvanlarda təmir etdiyi mənzillərin şəkillərini də ona göstərməklə işinin keyfiyyətinin yaxşı olmasını nümunə olaraq göstərmişdir. Beləliklə onun mənzilini tam olaraq bütün materialları və mətbəx mebeli də daxil olmaqla 19000 manata həll edib təhvil verməyi öz öhtəsinə götürmüşdür. 2019-cu ilin yanvar ayında təmir işləri başlamış, bir sıra işlər görülməyə başlamışdır. Aprel ayının əvvəlinə qədər cavabdeh ondan 22000 manat vəsait almağına baxmayaraq təmir işləri yarım qalmışdır. Cavabdeh ona bildirmişdir ki, problemi var, onu həll edəcək, sonda haqq hesab edəcək. O da inanıb 19000 manat məbləğdən artıq məbləğ, yəni 3000 manat əlavə vermişdir. Bir müddət sonra cavabdeh yoxa çıxmış, onun gətirdiyi fəhlələr də evi tərk edib gedərəkTurqutunonların pulunu vermədiyini bildirmişlər. Bundan sonra o, Turqutu axtarmağa başlamış və onu taparaq bir çay evinə dəvət edib orada söhbət etmişlər. Cavabdeh yenə mənzilin yarımçıq qalan hissələrini də başa çatdıracağına söz vermiş və artıq ödənilən məbləği qaytaracağını bildirmişdir. O, həmin vaxt AKT tərtib etdirmiş və mənzilin başa çatması ilə bağlı yarımçıq nə qalmışdırsa, onu siyahıya almış və ondan nə qədər pul aldığını qeyd etdirmişdir. Bundan sonra cavabdeh yenə təmir üçün mənzilə gəlmədiyindən məcburiyyət qarşısında qalıb, başqa usta gətirərək tikinti materiallarını və bütün xərci özü çəkmək şərti ilə təmir etdirməyə başlamışdır. Cavabdehin gördüyü bir sıra işlər ona zərər vurmuşdur. Belə ki, keyfiyyətsiz görülən işlərin nəticəsində, cavabdeh döşəmənin altı ilə gedən su borusunu deşmiş, su binaya verilən vaxt mənzili və alt qonşunu su basmışdır.Mənzilə, cavabdehin ondan aldığı vəsaitdən başqa 11350 manat xərc çəkmiş, o cümlədən cavabdeh öz öhtəsinə götürdüyü əşyalar alınmış, 2350 manat usta əmək haqqı vermiş cəmi xərci13700 manat təşkil etmişdir. Cavabdeh ona yarım buraxdığı işlərə görə 13700 manat və nəğd olaraq ondan aldığı 3000 manat olmaqla, cəmi 16700 manat məbləğində maddi zərər vurmuşdur. Bundan başqa mən o, beyin infaktı xəstəliyi keçirmişdir. Bunun nəticəsində külli miqdarda maddi ziyana düşmüşdür. Buna baxmayaraq cavabdeh onun bu vəziyətini bildiyi halda, onu məqsədyönlü aldatdığı qənaətinə gəlir. Belə ki, cavabdeh onun xəstəliyimi bilərəkdən öhtəliyini icra etməmiş, bununla da ona 30000 manat məbləğində mənəvi zərər vurmuşdur. Çünki, hədsiz əsəb, gərginlik, ailəsində olan stres, mənzilə yarıtmaz əməllərə görə vaxtında köçə bilməməsi, xəstəliyini daha da gərginləşdirmişdir. Ona görə də hesab edir ki, cavabdeh tərəfndən ona dəymiş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaəsının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun işıtirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxx” MMC ilə X7 arasında bağlannmış xx xxxxxx 2016-cı il tarixli 44/P.E saylı müqavilədən görünür ki, Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən yaşayış binasının 8-ci girişinin, 9-cu mərtəbəsində yerləşən, 128 kv.m sahəsi olan, 603 saylı mənzil iddiaçının arvadı X1. İşin araşdırılan halarından müəyyən olunmuşdur ki, qeyd olunan mənzilin əsaslı təmir işlərinin aparılması ilə bağlı iddiaçı ilə cavabadeh Cavabdeh şifahi razılığa gəlmişlər və İddiaçı əsaslı təmiri üçün Cavabdeh əvvəlcə 19000 manat, sonradan isə 3000 manat pul vermişdir. Cavabadeh Cavabdeh bir sıra təmir işlərini apardıqdan sonra işləri tamamlamadan yarım buraxmışdır. İşdə olan xx xxx 2019-cu il tarixli Aktdan görünür ki, həmin aktı imza edənlər İddiaçı, Cavabdeh və X6 Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən yaşayış binasının 8-ci girişinin, 9-cu mərtəbəsində yerləşən, 128 kv.m sahəsi olan, 603 saylı mənzilin əsaslı təmir işlərinin aparılması üçün Cavabdeh İddiaçı 22000 manat pul aldığını, lakin təmir işlərinin (67 kv.m 2-ci növ parket, 320 kv.m kombi, mərmər pəncərə ağızləğı, bütün hamam aksesuarları, çılçıraqlar, elektrik malları, parket lakı, aboylar, mətbəx mebelləri, qapılar) yarımçıq qaldığını təsdiq etmişlər. İş materiallarında olan qaimə fakturalardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində evin təmiri üçün tikinti materialları, mətbəx mebeli və aksesuarlar almışdır, həmin malların ümumi dəyəri 13700 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X10 Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən göründüyü kimi sübutetmə vəzifəsi üzərinə düşən İddiaçı 16700 manat məbləğində maddi zərərlə bağlı tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçının digər tələbi isə vurulmuş mənəvi zərərə görə cavabdehdən 30000 manat məbləğində pulun alınıb ona verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı cavabdehdən onu 30000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi zərərə görə maddi təzminatın 30000manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 30000 manat məbləğində maddi ziyan tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 16700 manat məbəğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 16700 manat və 30 manat məbləğində dövlət rüsumu, cəmi 16730 (on altı min yeddi yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar