Məhkəmə qərarları › İş №2(036)-399/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-399/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-399/2023 10.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından olan 19 yanvar 2009-cu il təvəllüdlü X1, 27 oktyabr 2010-cu il təvəllüdlü X3 və 09 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beç yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə evlənmişdir. Birgə nikahlarından 19 yanvar 2009-cu il təvəllüdlü X1, 27 oktyabr 2010-cu il təvəllüdlü X3 və 09 may 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. Hazırda o uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Qeyd olunanlara əsasən cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beç yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Aytəkin, Orxan və Abbasın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından olan 19 yanvar 2009-cu il təvəllüdlü X1, 27 oktyabr 2010-cu il təvəllüdlü X3 və 09 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beç yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin tutulması ilə bağlı 12 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 19 yanvar 2009-cu il təvəllüdlü X1, 27 oktyabr 2010-cu il təvəllüdlü X3 və 09 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19 yanvar 2009-cu il təvəllüdlü X1, 27 oktyabr 2010-cu il təvəllüdlü X3 və 09 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar