Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-402/2024 12.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulması və uşaq üç yaşına çatanadək ona ayda 250,0 manat sabit pul məbləğində maddi yardım edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha girərək evlənmişdir.Onların xx.xx.2023-cü il təvəllüdlü X8 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə ayrılmışlar.Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 Aynurə Yavər qızının yanında qalmışdır.İddiaçı Bakı şəhərində kirayədə yaşayır və “Ayfon servis” mərkəzində işləyərək ayda cəmi 450,0 manat əmək haqqı alır. İddiaçı hazırda doğuşa görə qismən ödənişli məzuniyyətdə olduğundan uşağın və özünün maddi təminatını ödəyə bilmir. Ona görə də, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə ayda 235 manat sabit pul məbləğində aliment tutulması tutulması və uşaq üç yaşına çatanadək ona ayda 250,0 manat sabit pul məbləğində maddi yardım edilməsi barədə iddia qaldırılmşdır. Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir.Onların xx.xx.2023-cü il təvəllüdlü X8 adında uşaqları olmuş və münasibətləri pozulduğuna görə birdəfəlik ayrılmışlar.O, Bakı şəhərində “Master Klass” yağlama məntəqəsində usta işləyərək ayda cəmi 550,00 manat qazanır və uşağın saxlanılmasından ötrü İddiaçı xeyrinə ayda cəmi 235,0 manat aliment ödəməyə razıdır. İşdə olan AZ-İİ 491057 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə Cavabdeh nikahı xx.xx.2022-ci il tarixli 610 saylı akt qeydi ilə bağlanmışdır. İşdə olan AZ-İV №893674 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 Ceyhun Atamoğlan oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq ayrılmış, xx.xx.2023-cü il təvəllüdlü X8 İddiaçı ilə qalmışdır. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcələsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.0.3-cü maddəsinə əsasən nikah çox çəkmədikdə məhkəmə əri ( arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətə məhdudlaşdıra bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» AR Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edildilmişdir. AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır. Nikahın çox çəkmədən faktiki surətdə pozulması və İddiaçı əmək qabiliyyətli olması nəzərə alınaraq Cavabdeh daha çox aliment ödəmək üçün zəruri vəsaitə malik olmadığından İddiaçı saxlamaq vəzifəsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-402/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-402/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver