Məhkəmə qərarları › İş №2(036)-416/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-416/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-416/2021 23.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər bir uşaq üçün 170 manat olmaqla, ayda 510 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ildə el adəti ilə evlənərək onunla ər-arvad kimi birlikdə yaşamış və xx xxxxxx 2004-cü il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur.Tərəflərin birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 doğulmuş və sonradan münasibətləri pozulduqundan ayrılmışlar.Uşaqların anasının yanında qalmasına baxmayaraq Cavabdeh onun saxlanılmasında iştirak etmir.Ona görə də, xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər bir uşaq üçün 170 manat olmaqla ayda 510 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir . İşdə olan №0149998 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X1 Asif Murad oğlundan törəmişdir. İşdə olan AZ-İ №529625 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X2 Asif Murad oğlundan törəmişdir. İşdə olan AZ-İİ №547319 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 Asif Murad oğlundan törəmişdir. İşdən görünür ki, tərəflər faktiki olaraq ayrılmış, Cavabdeh törəmiş xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 İddiaçı himayəsində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancınığn və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175.0 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqların yaşayış minumumun miqdarı nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 450 (dörd yüz əlli) manat sabit məbləğdə aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar