Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-476/2021 22.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı Fərzəli oğlunun iştirakı ilə, İddiaçı Fərzəli oğlunun Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fərzəli oğlu Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Fərzəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, İddiaçı Fərzəli oğlunun ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, İddiaçı Fərzəli oğlu ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Fərzəli oğlunun Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-476/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-476/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver