Məhkəmə qərarları › İş №2(036)-485/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-485/2025

05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-485/2025 05.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 18 yaşdan yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa aliment ödənilməsi və ona qulluq edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən (2020-ci ildən) oğlunun ömrünün axırınadək xx.xx.1998-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan: qulluq edənə yaşayış minumumu ölkə üzrə 246 manat, uşaq üçün olan 220 manat, ayda cəmi hər ay 466 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh uşağa baxmır, onun ehtyaclarını ödəmir. Odur ki. iddianın təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, himayəsində üç yetkinlik yaşına çatmayan uşaq var. Uşaqlarından biri xəstədir və onun müalicəsi üçün pul lazımdır. Bu səbəbdən, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 85.1.2-ci maddəsinə əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 170 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, İddiaçı övladı X3 üzərində qəyyum təyin edilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Həbibulla oğlu ilə İddiaçı arasındakı nikah İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X5 İ qrup əlildir və ona ömürlük 155 manat məbləğində sosial müavinət təyin edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasında minimum aylıq əməkhaqqının məbləği 2024-cü il ərzində 345 manat təşkil etmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarı ilə nəzərdə tutulmuş, məhkəmələrin sabit pul məbləğində aliment təyin edərkən alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsi ilə bağlı mövqeyi nəzərə alınır. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, X5 İ qrup əlildir. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. xx.xx.1998-ci il təvəllüdlü X3 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə, tərəflərin maddi vəziyyətinə və şəxsin mənafeyinə uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. İddia tələbinin qulluq edənə alimentin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən, iddiaçı onun üzərində qəyyum təyin edilmişdir və Ə.Nəsirova iddiaçı qulluq edir. Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan iddiaçı nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malik olduğundan, qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar rüsum ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda, cavabdehdən 59,38 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.1998-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində və qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 59,38 (əlli doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar