Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-553/2024 18.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində 150 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , tərəflər 12 iyun 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(036)-1815/2018 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və hər iki uşağın ananın yanında saxlanılmaqla, bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lakin, xx.xx.2012-ci il təvəllüdlü X8 dəfələrlə anasının yanından qaçaraq, atası ilə qalmaq istəmiş və nəticədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1444/2023 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X8 atasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ödəniləcək 120 manat aliment məbləğinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. O, hal-hazırda ikinci dəfə ailə həyatı qurmuş və buna görə ailəsinə baxmaq ona çətinlik yaradır, maddi imkanının aşağı olması səbəbindən onunla qalan övladı X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir.
3. İmişli Rayon Məhkəməsinin 2(036)-1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü cavabdeh X6 xeyrinə ayda 240 manat aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilmiş və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər həmin icra sənədi üzrə aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
4. AZE 11872012 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X8 xx.xx.2012-ci il tarixdə İmişli şəhərində doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir.
5. İmişli Rayon Mədəniyyət Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5 nömrəli arayışı ilə müəyyən olur ki, Cavabdeh İmişli rayonu, Xoşçobanlı kənd klubunda xadimə vəzifəsində işləyir və aylıq əmək haqqı 165.04 manat təşkil edir.
6. Az-İİ 470991 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X10 arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2021-ci ildə nikah bağlanmışdır.
7. AA3753778 saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur İddiaçı xx.xx.2022ci il tarixdə X7 adlı övladı doğulmuşdur.
8. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası
11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.
12. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyası
13. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
18. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
19. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
20. Maddə 19.1 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
26. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
27. Belə ki, iş materialları ilə müəyyən olur ki tərəflər 12 iyun 2012-ci ildə rəsmi nikaha daxil olaraq , ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(036)-1815/2018 saylı qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və hər iki uşağın ananın yanında saxlanılmaqla, bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lakin, xx.xx.2012-ci il təvəllüdlü X8 dəfələrlə anasının yanından qaçaraq, atası ilə qalmaq istəmiş və nəticədə İmişli Rayon Məhkəməsinin 2(036)-1444/2023 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X8 atasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ödəniləcək 120 manat aliment məbləğinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hal-hazırkı işin mahiyyəti atası ilə birlikdə yaşayan X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası Cavabdeh aliment tutularaq İddiaçı ödənilməsindən ibarətdir.
28. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
32. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır.
33. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
35. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
36. Ona görə də alimentin tutulması həmin tarixdən hesablanmalı və dərhal icra edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X18