Məhkəmə qərarları › İş №2(036)-607/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-607/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-607/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçının, Cavabdeh iştirakı ilə, İddiaçının - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşlarına çatana qədər hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla iki uşağa görə ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri normal idi, ancaq bir müddət sonra cavabdehlə aralarında olan ailə münasibətləri pozulmağa başladı.Bu səbəbdən də İmişli rayon Məhkəməsinin 2(036)-145/2024-cü il tarixli qərarına əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011- ci il təvəllüdlü X6 onun himayəsində qalması, xx.xx.2013- cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3, 10.11,2021-ci il təvəllüdlü X4 cavabdehin himayəsində qalması və xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3 və 10.11,2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatan kimi saxlanılması üçün bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla üç uşaq üçün 360 (üç yüz altmış) manat aliment məbləğinin ondan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir.Onun himayəsində olan övladlarının tələbatlarını və aliment məbləğini ödəmək ona çətindir.Bu səbəbdəndə övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün 240 (iki yüz qırx) pul məbləğində cavabdehdən alınaraq onun xeyrimə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək ailə münasibətlərinin pozulduğunu, ayrı yaşadığını, Cavabdeh ilə rəsmi qaydada nikahlarının pozulduğunu 3 uşaqa görə hər ay 360 manat aliment ödədiyini, 400-450 manat maaş aldığını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, kirayədə qaldığını, 3 uşaqa görə 360 manat aliment kəsildiyini, ev bölgüsü olmadığını bildirmişdir.Ona görədə alimentin bağlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 12743595 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 12743596 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-145/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Fəxrəddin oğlu arasında İmişli RİHB-nin Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2009-cü il tarixdə, 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanılmış, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 atası İddiaçı Fəxrəddin oğlunun yanında saxlanılmış cavabdeh İddiaçı Fəxrəddin oğlundan xx.xx.2013cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə faktiki ailə münasibəti qurmuşdurlar.xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur.xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana qədər saxlanmılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 atası İddiaçı Fəxrəddin oğlunun yanında saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır.Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi və 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində-sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,34 misli miqdarında aliment tutulmalıdır.Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir.Lakin iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 23 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,34 = 117,3 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 dekabr 2024 cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,34 misli miqdarında aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməlidir.İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,34 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar