Məhkəmə qərarları › İş №2(036)-63/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-63/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-63/2024 24.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 205 saylı nikah akt qeydinin pozulması və birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, o, Cavabdeh ilə 2021-ci ildə el adəti ilə evlənmiş və nikahları xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qeydə alınmışdır.Onların xx.xx.2023-cü il təvəllüdlü X4 adında uşaqları olmuşdur.Cavabdeh ilə olan münasibətləri səkkiz ay bundan qabaq pozulmuş və faktiki olaraq ondan ayrılmışdır.Cavabdeh ilə aralarındakı ər-arvad münasibətlərinin bundan sonra bərpa olunması mümkün deyil.Ona görə də, ərizə verib Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X2 onun yanında qalması və yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh onun xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulması haqqında iddia qaldırmışdır. İşdə olan AZ-İİ №489103 «nikah haqqında şəhadətnaməyə» əsasən Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İV №836172 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 Məhəmməd Habil oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında olan ər-arvad münasibətləri pozulmuş və onlara verilmiş 3 ay müddət ərzində aralarında barışıq əldə olunmamışdır.İddiaçı ilə Cavabdeh arasında olan ər-arvad münasibətlərinin bundan sonra bərpa edilməsini mümkün deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında razılıq olmadıqda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 azyaşlı olduqundan ana qayğısına daha çox ehtiyacı olduqu üçün İddiaçı yanında qalmalı, uşaqın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı və alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216- 220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 205 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 İddiaçı yanında saxlansın və uşaqın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 24 yanvar 2024-cü il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar