Məhkəmə qərarları › İş №2(036)-729/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-729/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-729/2022 31.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ 31 mart 2022-ci il tarixdə İmişli şəhərində İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı alimentin qət olunmuş məbləğinin artırılması və əlavə xərclərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması artırılması və əlavə xərclərin ödənilməsi tələbi barədə iddia qaldıraraq birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq ayda 200,0 manat məbləğində müəyyən edilməsi və üç yaşına çatanadək uşağa “sidik kisəsi ekstrofiyası” xəstəliyi ilə əlaqədar kənar xidmətlərin göstərilməsi üçün tələb olunan əlavə xərclərə görə ayda 250,0 manat tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment kəsilmişdir.Lakin həmin məbləğ uşağın maddi ehtiyacını və digər qulluq xərclərini ödəmək üçün kifayət etmir. Uşaq doğulduğu vaxtdan etibarən “sidik kisəsi ekstrofiyası” xəstəliyindən əziyyət çəkdiyi üçün onun yenidən əməliyyat olunması və bununla əlaqədar kənar xidmətlərin göstərilməsi tələb olunur. Bundan başqa uşağ böyüdükcə onlara sərf edilən xərclər də ilbəil artır. Cavabdeh kəsilmiş alimenti tam şəkildə ödəmir və “sidik kisəsi ekstrofiyası” xəstəliyindən əziyyət çəkən 03.06.2020-ci il təvəllüdlü X4 göstərilən kənar xidmətlərə görə çəkilən əlavə xərclərdə iştirak etmir. Ona görə də, birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq ayda 200,0 manat məbləğində müəyyən edilməsi və üç yaşına çatanadək uşağa “sidik kisəsi ekstrofiyası” xəstəliyi ilə əlaqədar kənar xidmətlərin göstərilməsi üçün tələb olunan əlavə xərclərə görə ayda 250,0 manat tutulub ona ödənilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İmişli rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə kəsilmiş ayda 150 (yüz əlli) manat sabit pul məbləğində aliment onun tərəfindən vaxtı-vaxtında ödənilir. Uşaq anadan olandan sonra “sidik kisəsi ekstrofiyası” xəstəliyi ilə əlaqədar iki dəfə dövlət hesabına əməliyyat olunmuş və tam şəkildə sağalmışdır. Hal-hazırda uşağa xəstəliyi ilə əlaqədar hər hansı bir kənar xidmətlərin göstərilməsi tələb olunmur. Buna baxmayaraq o, uşağa əlavə yardımlar edir və altı aylıq alimentin qabaqcadan ödənişini etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşdə olan AZ-İV №425135 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş 03.06.2020-ci il təvəllüdlü X2 Bəhruz Nazim oğlundan törəmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(036)-825/2021 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X1 Arzu Amil qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay cəmi 150 (yüz əlli) manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqdar konkret olaraq hər hansı bir kənar xidmətin göstərilməsi müəyyən edilməmişdir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh maddi vəziyyətində hər hansı yaxşılaşma olmadığından və birgə nikahdan doğulmuş 03.06.2020-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqdar konkret olaraq hər hansı bir kənar xidmət göstərilmədiyindən İddiaçı alimentin qət olunmuş məbləğinin artırılmasını və əlavə xərclərin ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyil. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Avərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar