Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-774/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyun 2006-cı il tarixdə anadan olmuş oğlu Nihatın atasının Cavabdeh olmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 193 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki nikah münasibətinə girib evlənmişdir. Faktiki nikahlarından 30 iyun 2006-cı ildə Nihat adında oğlu doğulmuşdur. Nikahlarının və cavabdehin ərizəsinin olmadığından uşaq onun soyadı ilə yazılmışdır. Hazırda oğlunun atasının soyadı ilə tanınmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 30 iyun 2006-cı il tarixdə anadan olmuş Nihatın atasıdır. Hər ay iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. İşə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1988-ci il tarixdə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. İşə əlavə edilmiş AZE 12107485 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə faktiki nikahlarından 30 iyun 2006-cı il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli, 002 saylı X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 10 yanvar 2022-ci il tarixində, 15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinin tələbinə uyğun olaraq uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə girib evlənmişlər. Nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 30 iyun 2006-cı il tarixdə Nihat adlı uşaqları doğulmuş, tərəflər arasında olan narazlığa görə bir-birlərindən ayrılmışlar. Hal-hazırda həmin uşaq sağ salamat olmaqla iddiaçının himayəsində yaşayır. Tərəflər arasında rəsmi nikahları olmadığından iddiaçı uşağa öz soyadı ilə doğum haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan narazılığa görə iddiaçı uşaqlarını da götürüb cavabdehdən ayrı yaşayır. Həmin vaxt ərzində cavabdeh valideyinlik borcunu yerinə yetirməmiş, uşağın saxlanması üçün heç bir maddi köməklik göstərməmiş, iddiaçı isə uşağı saxlamaqda maddi çətinlik çəkir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ-hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvesiyasının 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli 30 iyun 2006-cı il tarixdə doğulmuş X2 atası Cavabdeh olması faktı müəyyən edilməli, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tutulub uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 iyun 2006-cı il tarixdə doğulmuş X2 atası Cavabdeh olması faktı müəyyən edilsin. İmişli rayon Qeydiyyat şöbəsinə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında aşağıdakı məzmunda: Uşağın adı «Nihat», soyadı «Bağırov», atasının adı «Rəşad», anasının adı «Elvira», valideyinləri-atası Cavabdeh, anası İddiaçı, milliyyəti «Azərbaycanlı», doğulduğu tarix «30 iyun 2006-cı il», doğulduğu yer «Azərbaycan Respublikası, İmişli rayonu, Aranlı kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tutulub uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-774/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-774/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver