Məhkəmə qərarları › İş №2(036)-956/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-956/2020

02.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-956/2020 02.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcu ödəməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcu ödəməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından xx xxxx 2012-ci ildə “İsmayıl” və xx xxxxxx 2015-ci ildə “Melissa” adlı 2 (iki) uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakinbir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda bildirir ki, rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları ilə ünsiyyət saxlayan keçmiş arvadı Fəridə xanım ona demişdir: “Hər dəfə uşaqlar sənə öyrəşir, ona görə də, uşaqların sənin ilə görüşməsinə razı deyiləm.” O da, bir valideyn kimi bundan narahatlıq hissi keçirmiş və xx xxxxxxxx 2018-ci il tarixdə öz doğma uşaqları ilə ünsiyyət saxlayanzaman oğlan uşaqları İsmayılı özü ilə yaşadığı evə aparmışdır. Daha sonra o, Cavabdeh qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)- 1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X4 Cavabdeh alınaraq, onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onların rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 ondan alınaraq, Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi icra olunması üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi icra edilərək, xx xxxxxx 2020-ci il tarixdə “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X4 ondan alınaraq, Cavabdeh himayəsinə verilmişdir. Beləliklə, oğlan uşaqları X8 xx xxxxxxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il tarixədək onun himayəsində olmuş və birlikdə İmişli rayonu, Rəsullu kəndində yaşamışdır. O, bu müddət ərzində bir valideyn, ata kimi öz məsuliyyətimi dərk edərək, oğlan uşaqları İsmayılı saxlamış, gündəlik tələbatını, o cümlədən bütün ehtiyaclarını qarşılamış, ona maddi və mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmişdir.Bundan başqa, o, bu müddət ərzində oğlan uşaqları İsmayılın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına ciddi nəzarət etmiş və məsuliyyət daşımışdır. Hesab edir ki, oğlan uşaqıar X8 onun himayəsində qaldığı müddət ərzində onun bütün maddi və mənəvi ehtiyaclarını qarşıladığı, yəni onun gündəlik tələbatını qarşılamaq məqsədi ilə müəyyən məbləğdə pul xərclədiyi üçün yaranmış aliment üzrə borcdan azad edilməlidir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment üzrə borcu ödəməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X5 münasibətdə onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ödənilməli olan 2160 (iki min yüz altmış) AZN məbləğində aliment üzrə borcu ödəməkdən azad edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş əridir. Belə ki, onlar xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Onların rəsmi nikahından 2 (iki) uşağı-xx xxxx 2012-ci ildə X9 və xx xxxxxx 2015-ci ildə isə X6 anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakinbir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə öz doğma uşaqları ilə ünsiyyət saxlayan, oğlan uşaqları İsmayılı özü ilə qaçırmışdır. Daha sonra İddiaçı ona qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 ondan alınaraq, İddiaçı himayəsinə verilməsi qət edilmişdir. O, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onların rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 İddiaçı alınaraq, özünün himayəsinə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi icra olunması üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi icra edilərək, xx xxxxxx 2020-ci il tarixdə “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X8 İddiaçı alınaraq, onun himayəsinə verilmişdir. Beləliklə, rəsmi nikahlarından anadan olmuş uşaqları X8 və X6 hal-hazırda onun himayəsindədirlər. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddianın əsl mahiyyəti aliment üzrə borcu ödəməkdən yayınmaqdır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment üzrə borcu ödəməkdən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 İddiaçı alınaraq, Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxxx 2020ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X1 Rahim Rasim oğlundan alınaraq, Cavabdeh himayəsinə verilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd X14 üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 1073 saylı, xx xxxxxxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X8 xx xxxxxxxx 2018-ci il tarixdən etibarən İmişli rayonu, Rəsullu kəndində atası İddiaçı ilə birlikdə yaşamışdır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinin 863 saylı, xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə xx xxxxxxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il tarixədək İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli icra sənədi üzrə bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 2160 (iki min yüz altmış) AZN məbləğində alimentin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ər-arvad olmuşlar, onların rəsmi nikahından xx xxxx 2012-ci ildə “İsmayıl”, xx xxxxxx 2015-ci ildə “Melissa” adlı 2 (iki) uşağı anadan olmuş və uşaqlar yetkinlik yaşına çatmamışlar. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilməsi müəyyən edilmişdir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 İddiaçı alınaraq, Cavabdeh himayəsinə verilməsi müəyyən edilmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-903/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X1 Rahim Rasim oğlundan alınaraq, Cavabdeh himayəsinə verilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan başqa, tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X8 xx xxxxxxxx 2018-ci il tarixdən etibarən İmişli rayonu, Rəsullu kəndində atası İddiaçı ilə birlikdə yaşamışdır. Bundan başqa, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə xx xxxxxxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il tarixədək İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018ci il tarixli icra sənədi üzrə bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 2160 (iki min yüz altmış) AZN məbləğində alimentin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin rəsmi nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X4 xx xxxxxxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il tarixədək iddiaçı (ata) İddiaçı himayəsində qalmasını, eləcə də, bu müddət ərzində İddiaçı uşağının maddi ehtiyaclarını lazımi qaydada təmin etməsini, uşağının qayğısına qalmasını və bir valideyn kimi öz borcunu yerinə yetirməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli və İddiaçı İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X5 münasibətdə onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ödənilməli olan 2160 (iki min yüz altmış) AZN məbləğində aliment üzrə borcu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İmişli Rayon Məhkəməsinin 2(036)-1037/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X5 münasibətdə onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020ci il tarixədək ödənilməli olan 2160 (iki min yüz altmış) AZN məbləğində aliment üzrə borcu ödəməkdən azad edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar