Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-97/2023 15.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi və İmişli şəhər Bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsindən istifadəyə qəsd və maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər İmişli şəhər Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın eləcə də və Cavabdeh3 onun istifadəsində olan torpaq sahəsinə etdiyi qəsd və maneələrə son qoyması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərmişdir ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli, 11 saylı iclas protokoluna əsasən ona İmişli rayonu Şərq küçəsinin başlanğıcından 05 ha həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. İmişli şəhər Bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 371,6 kv m-lik hissəsini əsassız və qanunsuz mülkiyyətinə keçirərək 29 noyabr 2018-ci il tarixdə AN-1 seriyalı ******* saylı müqavilə üzrə alıcı Cavabdeh3 satmışdır. İmişli Bələdiyyəsi qanunsuz əsalarla ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən alğı-satqının həyata keçirdiyi məlum olmuşdur. İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı protokolunun 2F saylı qərarına əsasən alğı-satqı predmeti olan, 371,6 kv.m-lik hissəsi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən 0,04ha torpaq sahəsi müsabiqədənkənar fərdi yaşayış sahəsi tikintisi məqsədilə Cavabdeh3 verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosesi başlanmışdır. Qeyd olunan məsələ məhkəmələrdə mübahisələndirilmiş və uzun sürən və müxtəlif instansiyalardan keçən məhkəmə baxışı Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarxli qərarı ilə yekunlaşmış və həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2022 tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə qərarına əsasən İmişli rayon Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərarının İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə ona ayrılmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 kv.m-lik torpaq sahəsinə aid hissəsində ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hesab edir ki, 29 noyabr 2018-ci il tarixdə AN-1 seriyalı ******* saylı müqavilə üzrə alıcı Cavabdeh3 ilə bağlanmış əqd etibarsız hesab olunmalı və onun əsasında verilən çıxarış qeyd edilən hissədə ləğv edilməlidir. Hazırda Cavabdeh3 çıxarışa əsaslanaraq ona ayrılmış torpaq sahəsindən istifadəsinə müxtəlif maneələr törədir. Bu barədə ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq o, heç bir tədbir görməmiş, xahiş və xəbərdarlığı nəticəsiz qalmışdır. Hesab edir ki, cavabdehlər onun hüquqlarını kobud şəkildə pozmuşlar, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarına laqeyd yanaşmışlar. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi və İmişli şəhər Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı yaşayış evinin tikintisi üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ilə İmişli Bələdiyyəsinin alğı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan Cavabdeh3 müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış və bələdiyyənin xx.xx.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh3 mülkiyyətinə verilmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,04 ha torpaq sahəsi İmişli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və İmişli Bələdiyyəsi xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsini Cavabdeh3 satmışdır. 2018-ci ilin sonlarında iddiaçı ona verilmiş torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən, qeyd olunan ərazi Cavabdeh3 mülkiyyətinə verildiyindən onun müraciətinin həlli mümkün olmamış və bundan sonra o, İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1212/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin olunmaqla İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2- 1(106)-29/2022 saylı qərarına əsasən Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1212/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər İmişli Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğısatqı müqaviləsi ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasında bağlanmış, həmin çıxarış verilərkən İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı əsas götürülmüş, lakin 0.04 ha torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə çıxarış verilərkən mülkiyyətə verilmiş torpaq sahəsinin İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşməsi nəzərə alınmadığından İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qismən, yəni İddiaçı verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ləğv edildiyindən həmin çıxarış və onun əsasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçın digər tələbi üzrə isə məhkəmə qeyd edir ki, Cavabdeh3 dövlət orqanları tərəfindən verilmiş hüquq müəyyənedici sənədlərin düzgün tərtib olunmamaqla yanaşı hüquqpozmalara səbəb olması onun təqsiri olmadığından onun həmin sənədlərə əsaslanaraq mülkiyyət hüquqlarını müdafiə etməsi iddiaçının mülkiyyətinə qəsd və ya maneə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh və ya digər şəxslər tərəfindən onun mülkiyyətinə qəsd və ya maneə törədilərsə həmin maneələrin aradan qaldırılması ilə bağlı iddia ərizəsi ilə aidiyyəti ümumi məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 0,04 ha torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və İmişli Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-97/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-97/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver