Məhkəmə qərarları › İş №2(036)-972/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-972/2025

15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-972/2025 15.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı, habelə onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh əmək haqqının 1/4 hissəsinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01 dekabr 2022-ci ildə Cavabdeh ilə rəsmi nigah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 1 uşaqları var. xx.xx.2024-ci il təvəllüdlü X5. Onlar ailə quran vaxtı bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra münasibətlərində müəyyən anlaşılmazlıqlar olmuşdur. Cavabdeh onu gətirib atası evinə qoyub ki, bir az orada qal sonra gəlib səni aparacam, lakin qeyd edir ki, o gəlməmişdir. Onun uşağı atası evində anadan olmuşdur. Cavabdeh bir ata kimi ona və uşağına heç bir köməklik etməmişdir. Bundan sonra 2024-cü il aprel ayında cavabdeh gəlib yalvar-yaxar etdikdən sonra o, onunla barışmış və cavabdehin evinə getmişdir. Lakin qeyd edir ki, bundan sonrada cavabdeh düzəlməmiş, yəni yenə onu döyüb təhqir etmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında ondan boşanma üçün məhkəməyə ərizə verməyi tələb etmişdir. O da qorxduğu üçün o, nə deyibsə onu etmişdir. Onu özü ilə aparıb bilmədiyi sənədlərə qol çəkdirmişdir. Bundan bir müddət sonra görüb ki, orada yaşamaq mümkün deyil, valideyininə gəlib onu gətirmələri üçün zəng etmişdir. Hazırda uzun müddətdir ki, onlar ayrılmış və o, bu yaxınlarda bilmişdir ki, Nəsimi rayon məhkəməsi onu məhkəmə iclasına çağırmadan cavabdehlə aralarında olan nikahı pozmuş və həmçinin qətnamədə onun aliment istəməməsi qeyd edilmişdir. Bildirir ki, bu yalandır. O, aliment tələb etmişdir, çünki o, işləmir, uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə Metorpolitendə işləyir və yüksək əmək haqqı alır. Ona görədə o, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iclasında iştirak edən İddiaçı, habelə onun nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı bildirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İmişli “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 246647 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il tarixdə X1 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3721/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 604 saylı qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya sesiyası haqqında xəbərdar edilmiş Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSCdə elektrik qatarında maşinist vəzifəsində işləyir, əmək haqqı 1527,72 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2022-ci il tarixdə faktiki ailə münasibəti qurmuşdurlar. xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 atası hesab edilmişdir. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaq anası ilə yaşayır, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 atası olması eləcə də rəsmi iş yeri olmaqla əmək haqqı alması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cavabdeh tərəfin “bir uşaq üçün əmək haqqının 1/4 miqdarı məbləğində alimentin tutulmasına” dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından bir uşağı var və iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment tələb edir. Hazırda alimentin daha az məbləğdə tutulması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda uşaqların yetkinlik yaşına çatanadək saxlanması, eləcə də, uşağın yetkinlik yaşına çatanadək ödənilməsi nəzərdə tutulmuş alimentin valideyndən tutulması uşaqların maddi rifahının, müəyyən dərəcədə yüksək təmin edilməsi məqsədini daşıyır. Uşaqları saxlamaq, mümkün qədər onların maddi təminatlarının ödənilməsi hər bir valideynin konstitusiyon vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının 1/4 hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar