Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-986/2023 26.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, cavabdeh “Azneft” İB-nin nümayəndələri X14 və X8 iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı istehsalat xəsarəti nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “Azneft” İB-dən istehsalat xəsarəti almış, himayəsində olduğu əri X5 öldüyünə görə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X5 1991-ci ildə Cavabdeh İmişli rayonunda yerləşən Muradxanlı NQÇİ-də işləyərkən istehsalat zamanı baş nahiyəsindən ağır xəsarət almışdır. Xəsarət almasına görə ona aylıq 1144 manat müavinət təyin edilmiş və cavabdeh tərəfindən hər ay ödənilmişdir. O və qızı X6 İİ qrup əmək qabiliyyətsiz əlil olmaqla X2 himayəsində olmuşlar. Hazırda heç bir yerdə işləmirlər. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin tarixdən etibarən müavinətin ödənilməsi dayandırılmışdır. Cavabdehnə ərizə ilə müraciət edərək mərhum ərinə ödənilən müavinətindən ailə üzvü kimi ona çatan hissəsinin ödənilməsini xahiş etsə də, ona bildirilmişdir ki, X5 ümumi xəstəlikdən vəfat etmiş və onun ölümünün istehsalat xəsarəti ilə əlaqəsi olmadığından xahişinin təmin olunması mümkün deyildir. Halbuki, əri X5 istehsalat zamanı baş nahiyəsindən ağır xəsarət almış, uzun illər müalicə olunsa da tam sağalmamış və beyindaxili qansızma nəticəsində vəfat etmişdir. Hesab edir ki, ərinin ölüm səbəbi istehsalatda aldığı xəsarətlə bağlıdır, ona görə də vurulmuş zərərin əvəzi ödənilməlidir.
3. Kürdəmir rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı arasında xx.xx.1977-ci il tarixdə 76 nömrə ilə nikah bağlanmışdır.
4. AZ-İİ № 137793 nömrəli İmişli regional “ASAN-xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə beyin ödəmi, beyindaxili çoxlokasiyalı qansizma nəticəsində Bakı şəhəri Nərimanov rayonunda ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 721 nömrə ilə qeyd edilmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olur ki, X5 ümumi xəstəlikdən vəfat etmiş, onun ölümünün istehsalat xəsarəti ilə əlaqəsi olmadığından İddiaçı əri öldüyünə görə ona vurulmuş zərərin əvəzinin ödənilməsi xahişinin təmin olunması mümkün deyildir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Mil-Muğan regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********0 saylı arayışdan görünür ki, İddiaçı “ailə başçısını itirməyə görə” 2-ci dərəcəli əlil kimi 276.14 manat məbləğində pensiya təyin edilmişdir.
7. “X17”da X2 adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə hospitalın reanimasiya şöbəsinə “Koma, hemorragik insult” diaqnozu ilə aqonal vəziyyətdə daxil olmuşdur. Anamnezində xəstənin 1991-ci il tarixində iş yerində kəllə-beyin travması alması, beyindaxili hematomanın olduğu, uzun müddət “Posttravmatik ensefolopatiya” diaqnozu ilə müalicə alması və sonrakı dövrlərdə xroniki baş ağrıları, beyin qan dövranının pozulması, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyi, xx.xx.2022-ci il tarixdə isə hipertonik kriz keçirdiyi qeyd edilmişdir. Xəstəyə “Xroniki posttravmatik ensefalopatiya, hemorragik insult” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müvafiq müalicələr aparılmışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə, saat 07:30-da onda bioloji ölüm qeydə alınmışdır.
8. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-985/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh “Azneft” İB-yə qarşı sağlamlığın pozulmasına və ölümə səbəb olan istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 517/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyində iş materialları əsasında qeyd edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə “X17”ın reanimasiya şöbəsinə “Koma, hemorragik insult” diaqnozu ilə aqonal vəziyyətdə daxil olmuşdur. Anamnezində xəstənin 1991-ci il tarixində iş yerində kəllə-beyin travması alması, beyindaxili hematomanın olduğu, uzun müddət “Posttravmatik ensefolopatiya” diaqnozu ilə müalicə alması və sonrakı dövrlərdə xroniki baş ağrıları, beyin qan dövranının pozulması, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyi, xx.xx.2022-ci il tarixdə isə hipertonik kriz keçirdiyi qeyd edilmişdir. Xəstəyə “Xroniki posttravmatik ensefalopatiya, hemorragik insult” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müvafiq müalicələr aparılmışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə, saat 07:30-da onda bioloji ölüm qeydə alınmışdır. X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və 1991-ci il tarixdə “Azneft” İB-nin Muradxanlı NQÇİ-də istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması barədə fikir söylənilməsi mümkün olmamışdır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
11. Etirazda qeyd olunur ki, mərhum X5 xx.xx.1991-ci il tarixində iş yerində aldığı əmək xəsarəti nəticəsində 80% əmək qabiliyyətini itirmişdir. Ona istehsalat qəzası nəticəsində sağlamlığına dəyən zərərə görə SOCAR-ın “Azneft” İB tərəfindən 1991-ci ildən 2022-ci ilədək ümumilikdə 64692.77 manat müavinət ödənilmişdir. X5 xəsarət aldıqdan sonra 31 il sonra xx.xx.2022-ci il tarixdə 67 yaşında ümumi xəstəlikdən vəfat etmişdir. Buna görə də, X2 ölümü istehsalat qəzası ilə əlaqəli olmadığı üçün zərərə görə verilən ödənişlər əsaslı olaraq dayandırılmışdır. Bütün bunları nəzərə alaraq İddiaçı cavabdeh SOCAR-ın “Azneft” İB-yə qarşı X2 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
13. Cavabdeh “Azneft” İB-nin nümayəndələri X14 və X12 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
16. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 1121.1.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərə zərərin əvəzinin ödənilməsi hüququ vardır.
18. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
25. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən olur ki, X5 1991-ci ildə Cavabdeh İmişli rayonunda yerləşən Muradxanlı NQÇİ-də işləyərkən xx.xx.1991-ci il tarixində iş yerində aldığı əmək xəsarəti nəticəsində 80% əmək qabiliyyətini itirmişdir. Xəsarət almasına görə ona aylıq 1144 manat müavinət təyin edilmiş və cavabdeh tərəfindən hər ay ödənilmişdir. X1 istehsalat qəzası nəticəsində sağlamlığına dəyən zərərə görə SOCAR-ın “Azneft” İB tərəfindən 1991-ci ildən 2022-ci ilədək ümumilikdə 64692.77 manat müavinət ödənilmişdir. AZ-İİ № 137793 nömrəli İmişli regional “ASAN-xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə beyin ödəmi, beyindaxili çoxlokasiyalı qansizma nəticəsində Bakı şəhəri Nərimanov rayonunda ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 721 nömrə ilə qeyd edilmişdir. Azneft” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olur ki, X5 ümumi xəstəlikdən vəfat etmiş, onun ölümünün istehsalat xəsarəti ilə əlaqəsi olmadığından İddiaçı əri öldüyünə görə ona vurulmuş zərərin əvəzinin ödənilməsi xahişi təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Mil-Muğan regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********0 saylı arayışdan görünür ki, İddiaçı “ailə başçısını itirməyə görə” 2-ci dərəcəli əlil kimi 276.14 manat məbləğində pensiya təyin edilmişdir. “X17”da X2 adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə hospitalın reanimasiya şöbəsinə “Koma, hemorragik insult” diaqnozu ilə aqonal vəziyyətdə daxil olmuşdur. Anamnezində xəstənin 1991-ci il tarixində iş yerində kəllə-beyin travması alması, beyindaxili hematomanın olduğu, uzun müddət “Posttravmatik ensefolopatiya” diaqnozu ilə müalicə alması və sonrakı dövrlərdə xroniki baş ağrıları, beyin qan dövranının pozulması, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyi, xx.xx.2022-ci il tarixdə isə hipertonik kriz keçirdiyi qeyd edilmişdir. Xəstəyə “Xroniki posttravmatik ensefalopatiya, hemorragik insult” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müvafiq müalicələr aparılmışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə, saat 07:30-da onda bioloji ölüm qeydə alınmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)- 985/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh “Azneft” İB-yə qarşı sağlamlığın pozulmasına və ölümə səbəb olan istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 517/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyi ilə müəyyən olur ki, X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və 1991-ci il tarixdə “Azneft” İB-nin Muradxanlı NQÇİ-də istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması barədə fikir söylənilməsi mümkün olmamışdır.
27. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işə götürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üzün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzim bütövlükdə ödəməlidir. İşə götürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” təsdiq edilmişdir. Həmin Qərarın 1.1-ci bəndinə görə işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir.
29. İddiaçı ərinin ölüm səbəbinin istehsalatda aldığı xəsarətlə bağlı olmasını təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
30. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
33. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
34. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı istehsalat xəsarəti nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev