Məhkəmə qərarları › İş №2(036)-999/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-999/2021

21.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-999/2021 21.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ən et d i: İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-dən müharibədə olduğu dövr üçün, yəni üç ay müddətdə hesablanmış 750 manat məbləğində əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, 2018-ci ildən etibarən cavabdeh “xxxx” MMC-də yük maşınının sürücüsü işləmişdir. 28 sentyabr 2020-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərə səfərbərlik yolu ilə getmiş, 24 dekabr 2020-ci il tarixdə isə təxsis olunmuşdur. Müharibədən qayıtdıqdan sonra cavabdeh “xxxx” MMC onun üç aylıq, yəni oktyabr, noyabr və dekabr ayları üzrə əmək haqqı olan 750 manat məbləği ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, “xxxx” MMC-nin diroktorudur. Belə ki, rəhbərlik etdiyi cəmiyyət maliyyə çatışmamazlığı səbəbindən 30 noyabr 2020-ci il tarixdə fəaliyyətini dayandırsa da ödəniş tapşırığına uyğun olaraq İddiaçı müharibədə olduğu müddətdə bütün ödənişlər edilmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı “xxxx” MMC-də sürücü vəzifəsində işləmişdir. İşdə olan 6782 nömrəli arayışdan görünür ki, İddiaçı 28 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin İmişli rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda ....müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir İşdə olan 12 oktyabr 2020-ci il tarilxi 09 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı 3388************6258 nömrəli kart hesabına 2020-ci ilin qalıq əmək haqqı olaraq 1600 (bir min altı yüz) manat məbləğində vəsait köçürülmüşdür. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. İşdən görünür ki, sübut etmə yükü üzərinə düşən iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri hallara dair məhkəməyə mötəbər subutlar təqdim etməmiş, əksinə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi iddia tələbinə qarşı öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim edərək göstərmişdir ki, İddiaçı müharibədə olduğu dövrdə ona əmək haqqı ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar