Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1030/2020 23.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 mart 2020-ci il tarixdə doğulmuş Qasımlı Ömər Rahib oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cavabdehdən 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci il tarixdən qeyri rəsmi birgə yaşamışlar. Birgə yaşadıqları müddətdə xx xxx 2018-ci il tarixdə Yunis və xx xxxx 2020-ci il tarixdə Ömər adlı iki uşaqları doğulmuşdur. Aralarında rəsmi nikah olmadığından və cavabdeh atalığın müəyyən edilməsi üçün müvafiq orqana ərizə ilə müraciət etmədiyindən Yunis adlı uşağa onun soyadına uyğun “Musayev” soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh ilə münasibətləri pozulduğu üçün xx xxxx 2020-ci il tarixdən faktiki olaraq ayrı yaşayırlar. O, uşaqları ilə birgə Naxçıvan MR Şərur rayonunda yaşayır. Yanında iki körpə uşaqları olduğundan heç yerdə işləyə bilmir. Uşaqlarının maddi təminatını valideynlərinin köməkliyi ilə ödəyir. Cavabdeh isə ayrı yaşadıqları müddətdə ailəsi ilə maraqlanmamış və uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Yunis Musayev adlı uşağa atalıq müəyyən edilmədiyindən alimenti təkcə Ömər Qasımlı adlı uşağın saxlanması üçün tələb edir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı anasının təkidi ilə heç bir səbəb olmadan iki uşağı ilə birgə Naxçıvan MR-na getmişdir. İddiaçı ilə telefon əlaqəsi saxlasa da, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə şərti cəza çəkdiyinə görə ailəsini bərpa etmək üçün iddiaçının yanına gedə bilmir. Mövcud pandemiya ilə əlaqədar heç yerdə işləyə bilmir. Qasımlı Ömər adlı uşağın saxlanması üçün ayda 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İV 419013 nömrəli xx xxx 2020-ci il tarixli doğum haqqında və AZ-İ nömrəli 370058 nömrəli xx xxx 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin xx xxxx 2020-ci il tarixdə Qasımlı Ömər Rahib oğlu adlı bir uşaqları doğulmuş, cavabdeh Ömər Qasımlının atası hesab edilmişdir. AZ-İV 203903 nömrəli xx xxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçının xx xxx 2018-ci il təvəllüdlü X1 adlı digər bir uşağı vardır. Ata qrafasında atası X2, ana qrafasında anasın İddiaçı qeyd edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 1(037)-36 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli hökmündən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətəbiq edilməklə ona təyin edilmiş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə heç bir məlumat yoxdur. İddiaçı yanında iki körpə uşağın olduğunu, bu səbəbdən heç yerdə işləyə bilmədiyini, cavabdehin isə uşaqların maddi təminatının ödəniməsinə köməklik etmədiyini qeyd edərək yanında qalan Ömər Qasımlı adlı uşağın saxlanması üçün hər ay cavabdehdən 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh mövcud vəziyyətlə əlaqədar heç yerdə işləyə bilmədiyini, uşağın saxlanması üçün ayda 100 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq xx xxxx 2020-ci il tarixdə doğulmuş Qasımlı Ömər Rahib oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq xx xxxx 2020-ci il tarixdə doğulmuş Qasımlı Ömər Rahib oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1030/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1030/2020
23.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver