Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-110/2023 13.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızının iştirakı ilə İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızının cavabdeh Tarverdı̇ yev Elfaq Sabı̇ r oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 13 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tarverdı̇ yev Elfaq Sabı̇ r oğlu (bundan sonra cavabdeh) ilə birgə nikahdan 06 iyun 2018-ci il tarixdə doğulmuş X2 və 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 maddi təminatı üçün cavabdehdən sabit pul məbləği ilə hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat məbləğində alimentin müəyyən olunması, işləmək imkanı və heç bir əlavə gəliri olmadığından birgə nikahlarından 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 3 yaşı tamam olanadək ona maddi köməklik göstərilməsi məqsədi ilə özünə hər ay 300 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 08 iyun 2017-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından 06 iyun 2018-ci ildə X2 və 07 dekabr 2020-ci ildə X3 doğulmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlardan xarakterləri uyğunlaşmamışdır. Cavabdeh ailəyə baxmamış, zərərli vərdişlərlə məşğul olmuşdur. Bu səbəbdən münasibətləri pozulmuş, 2020-ci ilin təqrinən noyabr ayında ikinci uşağın doğuşu ilə əlaqədar valideynlərinin yanına gəlmiş və həmin vaxtdan da faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh zərərli vərdişlərlə məşğul olduğundan uşaqları da xəstəlikdən əziyyət çəkirlər. Hazırda uşaqlar müalicə olunurlar və ona görə də kifayət qədər vəsaitə ehtiyacı var. Cavabdeh isə hazırda azadlıqdan məhrumetmə yerlərində cəza çəksə də, cavabdehin Sumqayıt maşın bazarında mərhum atasından miras qalmış qeyri-rəsmi dükanları, satış yeri var və dükanları icarəyə verir. Onun himayəsində azyaşlı, yəni üç yaşı tamam olmamış uşaq olduğundan heç bir yerdə işləyə bilmir, heç bir gəliri yoxdur. Cavabdeh uşaqlara pul göndərsə də, həmin vəsait uşaqların saxlanması və müalicəsi üçün kifayət deyil. Uşaqlar xəstə olmaqla daim müalicə olunurlar. Ona görə də cavabdehlə birgə nikahdan 06 iyun 2018-ci il tarixdə doğulmuş X2 və 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 maddi təminatı üçün cavabdehdən sabit pul məbləği ilə hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat məbləğində alimentin müəyyən olunması, işləmək imkanı və heç bir əlavə gəliri olmadığından birgə nikahlarından 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 3 yaşı tamam olanadək ona maddi köməklik göstərilməsi məqsədi ilə özünə hər ay 300 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsi ilə ərizə göndərərək iddianı qəbul etmədiyini, iddiaçıya hər ay 700 manat pul ödədiyini, bunu təsdiq edən qəbzlərinin olduğunu və həmin qəbzlərin surətini məhkəməyə təqdim etdirəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ İİ № 188183 nömrəli, 08 iyun 2017-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər nikahlarını 08 iyun 2017-ci il tarixdə İsmayıllı RİHB-nin Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən 03 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. AZ-İV 098750 nömrəli 01 iyul 2018-ci il tarixli və AZ-İV 560759 nömrəli 25 yanvar 2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahlarından 06 iyun 2018-ci il tarixdə X2 və 07 dekabr 2020-ci il tarixdə X3 adlı iki uşağı anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 15 dekabr 2022-ci il tarixli, xx/xx-5373 nömrəli məktubundan görünür ki, Tarverdı̇ yev Elfaq Sabı̇ r oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-18568 nömrəli, 17 mart 2022-ci il tarixli MŞİH-15261 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, cavabdehin iddia tələbinə münasibətindən və mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 06 iyun 2018-ci il tarixdə X2 və 07 dekabr 2020-ci il tarixdə X3 adlı iki uşağı doğulmuşdur. Uşaqlar hazırda iddiaçının yanında qalırlar. İddiaçı özünün heç yerdə işləmədiyini, heç bir əlavə gəlirinin olmadığını, cavabdehin zərərli vərdişlərlə məşğul olduğundan uşaqlarının xəstəlikdən əziyyət çəkdiyini, hazırda müalicə olunduqlarını və ona görə də kifayət qədər vəsaitə ehtiyacının olduğunu, cavabdehin isə Sumqayıt şəhərində maşın bazarında mərhum atasından miras qalmış qeyri-rəsmi dükanlarının, satış yerlərinin olduğunu və dükanları icarəyə verməklə xeyli vəsaitə malik olduğunu qeyd edərək iki uşağın saxlanması üçün hər ay hər uşağa 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, iddia tələbinə münasibət bildirərək iddiaçıya hər ay 700 manat məbləğində pul ödədiyini və bunu təsdiq edən qəbzlərinin olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, uşaqlar iddiaçının yanında olduğundan, uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd edir ki, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay, hər uşağa 350 (üç yüz əlli) manat olmaqla, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq 06 iyun 2018-ci il tarixdə doğulmuş X2 və 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin məhkəməyə ünvanlandığı ərizəsində iddiaçıya hər ay 700 manat ödədiyini və bunu təsdiq edəcək qəbzləri məhkəməyə təqdim edəcəyini bildirməsi, eyni zamanda iddiaçı tərəfindən də bu halın təsdiq edilməsi özünün hər ay 700 manat məbləğində alimentin ödəmə gücündə olduğunu dolayısı ilə etiraf etmiş olur. Belə olan halda məhkəmə cavabdehin etirafedici ərizəsinə əsasən onun cəzaçəkmə müəssisəsində cəza çəkməsinə baxmayaraq hər ay 700 manat məbləğində aliment ödəmək imkanının olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin uşağın 3 yaşı tamam olanadək iddiaçıya maddi köməklik göstərilməsi məqsədi ilə hər ay 300 manat aliment ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yanında 07 dekabr 2020-ci il təvəllüdlü azyaşlı uşaq olduğuna görə heç yerdə işləyə bilmir. İddiaçı cavabdehin Sumqayıt şəhərində maşın bazarında mərhum atasından miras qalmış qeyri-rəsmi dükanlarının, satış yerlərinin olduğunu və dükanları icarəyə verməklə xeyli vəsaitə malik olduğunu qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.4-cü maddəsinə əsasən ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər (arvad) arasındakı sazişlə müəyyən edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 noyabr 2022-ci il tarixdən başlayaraq 07 dekabr 2020-ci il tarixdə doğulmuş Səid Tarverdiyevin 3 (üç) yaşı tamam olanadək cavabdehdən hər ay 100 (yüz) manat aliment alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 116 (bir yüz on altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 24 noyabr 2022-ci il tarixdən başlayaraq Tarverdı̇ yev Elfaq Sabı̇ r oğlundan hər ay, hər uşağa 350 (üç yüz əlli) manat olmaqla, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq 06 iyun 2018-ci il tarixdə doğulmuş X2 və 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tarverdı̇ yeva Tünzalə Fərman qızının xeyrinə ödənilsin. 24 noyabr 2022-ci il tarixdən başlayaraq Tarverdı̇ yev Elfaq Sabı̇ r oğlundan hər ay 100 (yüz) manat aliment alınaraq 07 dekabr 2020-ci il tarixdə doğulmuş X1 3 (üç) yaşı tamam olanadək Tarverdı̇ yeva Tünzalə Fərman qızının xeyrinə ödənilsin. Cavabdeh Tarverdı̇ yev Elfaq Sabı̇ r oğlundan 116 (bir yüz on altı) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-110/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-110/2023
13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver