Məhkəmə qərarları › İş №2(037)-1122/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1122/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1122/2023 16.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 noyabr 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 fevral 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan bir müddət sonra yenidən barışaraq bir yerdə yaşamışlar. 25 fevral 2015-ci il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Lakin bir müddət sonra yenidən cavabdehlə ayrılaraq öz valideynlərinin yanına gəlmişdir. Həmin vaxtdan cavabdeh uşağı ilə maraqlanmamış və maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Özü səhəti ilə bağlı heç yerdə işləyə bilmir. Cavabdeh isə fərdi əməklə məşğul omaqla normal gəlir əldə etsə də uşağına könüllü olaraq köməklik etmir. Ona görə də cavabdehdən uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, dəfələrlə cəhd etsə də ailəsinin bərpası mümkün olmamışdır. O, uşağının normal saxlanması üçün əlindən gələni etməyə hazırdır. Lakin mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyindən fərdi əməklə məşğul olmaqla gəlir əldə edə bilmir. Buna baxmayaraq uşağının saxlanması üçün hər ay 80-100 manat civarında aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 140780 nömrəli 31 avqust 2012-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edillir ki, tərəflər arasında olan nikah əlğv edilmişdir. İş materiallarında olan AZ-İİİ 546067 nömrəli 07 may 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 25 fevral 2015-ci il tarixdə X2 adlı bir övladı doğulmuşdur. İş materiallarında olan ”İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MT018/2023-02045 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərtəfindən iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının “Tam Abdomen USM”-nin surətindən müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə USM-dən keçmişdir. Diaqnoz: “Bağırsqda metiorizm izlənir, sol böyrəkdə xr.pielonefrit və bir qədər duz kristal izlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün səhətinə görə işləyə bilmədiyini, cavabdehin isə fərdi əməklə məşğul olmaqla normal gəlir əldə etdiyini qeyd edərək uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün heç yerdə işləyə bilmədiyini qeyd edərək uşağın saxlanması üçün hər ay 80- 100 manat civarında aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq 25 fevral 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 21 sentyabr 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 21 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq 25 fevral 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar