Məhkəmə qərarları › İş №2(037)-1221/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1221/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1221/2023 06.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, 05 may 2023-cü il tarixdə doğulmuş X4 adlı uşağın 3 yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, cavabdehlə qeyri rəsmi birgə yaşadıqdan sonra 10 avqust 2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 mart 2021-ci il tarixdə X3 və 05 may 2023-cü il tarixdə X4 adlı iki övladı doğulmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Hazırda uşaqları ilə birgə valideynlərinin yanında yaşayır. Özü heç yerdə işləmir. Cavabdeh əvəllər reklam agentliyində işləsə də hazırda harada işlədiyini dəqiq bilmir. Uşaqların maddi təminatının qarşılanmasında çətinlik çəkir. Ona görə də 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, 05 may 2023-cü il tarixdə doğulmuş X4 adlı uşağın 3 yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh və nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiaçının tələb etdiyi aliment məbləğlərini ödəməyə imkan verən zəruri vəsaitə malik olmadığını, bu barədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini, iki uşağın saxlanması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd etmişdir. Məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 409708 nömrəli xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında 10 avqust 2020ci il tarixdə bağlanmış nikah İsmayıllı rayon Qeydiyyat şöbəsində 1216 sayla qeydə alınmışdır. İş materiallarında olan AZ-İV 579153 nömrəli xx.xx.2021-ci il tarixli, AZ-İV 845872 nömrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından 14 mart 2021-ci il tarixdə X3 və 05 may 2023-cü il tarixdə X4 adlı iki övladı doğulmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin e-16(012)308/2023 nömrəli “X5 haqqında” qərardadından görünür ki, 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qərardadın 20 sentyabr 2023-cü il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ- MTO18/2023-02272 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçı heç yerdə işləmədiyini qeyd edərək Jasmin və Yusif adlı uşağın saxlanması üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, 05 may 2023-cü il tarixdə doğulmuş X4 adlı uşağın 3 yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat məbləğinin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq iki uşağın saxlanması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını, iddiaçının özünün saxlanması üçün isə hər-hansı məbləğ ödəmək iqtidarında olmadığını qeyd etmişdir. İddiaçının yanında 3 yaşı tamam olmamış 05 may 2023-cü il tarixdə doğulmuş X4 adlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.4-cü maddəsinə əsasən ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər (arvad) arasındakı sazişlə müəyyən edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yanında 14 mart 2021-ci il təvəllüdlü X3 və 05 may 2023-cü il təvəllüdlü X4 adlı iki körpə uşaq olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh isə iki uşağın saxlanması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını, iddiaçının özünün saxlanması üçün isə hər-hansı məbləğ ödəmək iqtidarında olmadığını qeyd edir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının yanında 3 yaşı tamam olmamış uşaqlarının olmasını nəzərə alaraq cavabdehdən hər ay sabit pul məbləği ilə 70 (yetmiş) manat alimentin alınaraq 05 may 2023-cü il təvəllüdlü X4 adlı uşağın 3 (üç) yaşı tamam olanadək iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 71 (yetmiş bir) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respubliikası dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 11 oktyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 14 mart 2021-ci il tarixdə doğulmuş X1 və 05 may 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. 11 oktyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 70 (yetmiş) manat aliment alınaraq 05 may 2023-cü il tarixdə doğulmuş X2 3 (üç) yaşı tamam olanadək İddiaçı verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Cavabdeh 71 (yetmiş bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar