Məhkəmə qərarları › İş №2(037)-1291/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1291/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1291/2025 28.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 Cavabdeh nümayəndəsi Nümayəndə2 X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1151/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 8(037)-53/2025 nömrəli qərardadı əsasında indeksasiya edərək 02 iyul 2025-ci il tarixdən başlayaraq 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.71 misli həddində sabit pul məbləğində təyin edilmiş aliment məbləğinin dəyişdirilərək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 təmsil etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(037)-1151/2025 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X4 cavabdehin yanında saxlanılmış və iki uşağın yetkinlik yaşına çatanadək saxlanması iddiaçıdan hər ay hər uşağa 150 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Təyin olunmuş alimenti iddiaçı çətinliklə ödəmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(037)-53 saylı qərardadı ilə təyin olunmuş aliment indeksasiya edilərək minimum əmək haqqının 0,71 misli həddində, yəni 284 manat məbləğində müəyyən edilmişdir. Təyin olunmuş hər uşağa 284 manat olmaqla cəmi 568 manat aliment məbləği həddən artıq böyük rəqəmdir. Belə ki, iddiaçının rəsmi iş yeri yoxdur, dolanışığını fərdi əməklə məşğul olmaqla təmin edir. 2010cu ilin oktyabr ayında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı ağır dərəcəli qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi kimi ağır dərəcəli bədən xəsarəti almışdır. Aldığı uzun müddətli müalicələrdən sonra səhəti müəyyən qədər düzəlsə də aldığı xəsarətlər demək olar ki, iddiaçının iş qabiliyyətini sıfıra endirmişdir. Bununla bağlı İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2011-ci il tarixli hökmü mövcuddur. İddiaçı yüngül fiziki işlərdən başqa heç bir digər işlə məşğul ola bilmir. Bu səbəbdən hazırki vaxtdadək yeni ailə qura bilməmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəmişdir. Lakin hazırda təyin edilmiş indeksasiya edilmiş minimum əmək haqqı məbləğinin 0.71 msili həddində aliment ödəmək iqtidarında deyildir. Ona görə də təyin olunmuş alimentin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 təmsil etmişdir. Cavabdehin nümayədəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı iddianı qəbul etmir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1151/2025 nömrəli qətnaməsi ilə hər uşağa 75 manat aliment təyin olunmuşdur. İddiaçı ötən müddət ərzində təyin olunmuş alimentdən başqa uşaqlarına əlavə maddi köməklik etməmişdir. Cavabdehin övladları Rusiya Federasiyasında ali təhsil aldıqlarına görə özü də Rusiyada yaşayır. Özü uşaqların nənəsi kimi əvvəllər kolxozda işləyib nəvələrinin dolanışıqlarına, təhsil xərclərinin ödənilməsinə köməklik etsə də hazırda aldığı pensiya öz müalicəsinə, dərmanlarının alınmasına xəclənir. Hesab edir ki, hər iki tərəf və valideynləri uşaqların normal təminatının ödənilməsi üçün imkanlarını birləşdirməlidir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(037)-53 saylı qərardadı ilə indeksasiya edilərək təyin olunmuş minimum əmək haqqının 0,71 misli həddində, yəni 284 manat məbləğində alimentin azaldılması məqsədəuyğun deyildir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Uşaqların doğumu haqda akt qeydi barədə İsmayıllı rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışlarından müəyyən edilir ki, tərəflərin 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X4 adlı iki uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1151/2025 nömrəli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X4 anası Cavabdeh yanında saxlanılmış və iki uşağın yetkinlik yaşına çatanadək saxlanması İddiaçı hər ay 150 manat məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(037)-53 saylı qərardadından müəyyən edilir ki, ərizə təmin edilərək İddiaçı sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində alimentin tutularaq iki uşağın saxlanması üçün Cavabdeh ödənilməsi qərara alınmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MT0xx/xx-00191 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1151/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X4 anası Cavabdeh yanında saxlanılmış və iki uşağın yetkinlik yaşına çatanadək saxlanması İddiaçı hər ay 150 manat məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(037)-53 saylı qərardadına əsasən ərizə təmin edilərək İddiaçı sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində alimentin tutularaq iki uşağın saxlanması üçün Cavabdeh ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 107.1 Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2, 8.7-ci bəndlərində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. İddiaçının rəsmi iş yeri yoxdur, nümayəndəsinin deməsinə görə yüngül fiziki işlə məşğul olmaqla gəlir əldə edir, iddiaçı 2010-cu ilin oktyabr ayında baş vermiş yol -nəqliyyat hadisəsi nəticəsində iddiaçı ağır dərəcəli qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi kimi ağır dərəcəli bədən xəsarəti almışdır. İddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtı-vaxtında ödəmişdir. Alimentin indeksasiyası aparıldıqdan sonra iddiaçı tərəfindən ödənilməli olan hər uşağa minimum əmək haqqının 0,71 misli, yəni hər uşağa 284 manat olmaqla cəmi 568 manat aliment hazırki vəziyyətdə böyük məbləğdir. İddiaçının rəsmi iş yeri olmadığı, səhətinin bərpa olunmadığı halda hər uşağa 284 manat aliment ödəmək iqtidarında deyildir. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparıldıqdan sonra müəyyən olunmuş hər uşağa 284 manat məbləğ İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentdən dəfələrlə çoxdur. Alimentin birdən-birə üç-dörd dəfə artırılması məqsədəuyğun deyildir. Lakin Ernest və Eldar adlı uşaqların yaşının artması onların xərclərinin də artmasına səbəb olmuşdur. Eyni zamanda uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Bundan başqa aliment məbləğinin indeksasiya əsasında yeni qaydalarla müəyyən edilməsi zamanı əvvəlki təyin olunmuş aliment məbləğinin əsassız olaraq qeyri-mütənasib artırılmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilən alimetin miqdarı azaldılaraq İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 15 fevral 2008-ci il tarixdə doğulmuş Nümayəndə1 Raminoviç və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilən alimetin miqdarı azaldılaraq İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar