Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1303/2024 04.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-1154/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 17 iyul 2019-cu il tarixdə doğulmuş X2 yanında saxlanılmışdır. Nikahları pozularkən cavabdehdən aliment tələb etməmişdir. Hazırda uşaqla birlikdə valideyinlərinin yanında yaşayır və heç yerdə işləmir. Bu da, onun maddi vəziyyətini olduqca çətinləşdirir. Cavabdehlə ayrıldığı müddətdən sonra o, uşağı ilə maraqlanmamış və maddi təminatını ödənilməsi ilə bağlı hər hansı köməklik göstərməmişdir. Cavabdeh fərdi əməklə məşğul olmaqla normal gəlirə malikdir. Ona görə də, uşağın maddi təminatını ödənilməsi üçün cavabdehdən hər ay uşağa 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, onun rəsmi iş yeri yoxdur. Arada fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Buna baxmayaraq uşağının saxlanması üçün hər ay 150 manat məbləğində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-BA 574825 nömrəli 23 iyul 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 17 iyul 2019-cu il tarixdə X2 adlı bir övladı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)- 1154/2021 saylı qətnamədən müəyyən edilir ki, tərəflər arasında 06 avqust 2018-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 128 sayla qeyd edilərək bağlanmış nikah pozulmuş, 17 iyul 2019-cu il tarixdə doğulmuş X2 anasının yanında saxlanılmışdır. Uşağın maddi təminatı üçün aliment təyin edilməmişdir. iş materiallarında olan AZ-İ 393878 nömrəli 02 fevral 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edillir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan ”İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT035-2023-339 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün işləmədiyini, cavabdehin isə fərdi əməklə məşğul olmaqla normal gəlir əldə etdiyini qeyd edərək uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh rəsmi iş yerinin olmadığını, arada fərdi əməklə məşğul olmaqla gəlir əldə etdiyini qeyd edərək uşağın saxlanması üçün hər ay 150 manat məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 17 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 16 sentyabr 2024-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 16 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 17 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1303/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1303/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver