Məhkəmə qərarları › İş №2(037)-131/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-131/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-131/2021 03.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. xx xxxxxxx 2008-ci il tarixdə X2 və xx xxxxxx 2009-cu il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da qayınanası ilə münasibətləri alınmadığına görə 2020-ci ilin iyul ayında cavabdeh onu uşaqları ilə birgə Bakı şəhərinə göndərmişdir. Həmin vaxtdan cavabdeh ailəsi ilə maraqlanmamış və uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Ona görə də uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı aralarında baş vermiş anlaşılmamazlıq nəticəsində 2020-ci ilin iyul ayında uşaqları ilə birlikdə Bakı şəhərinə çıxıb getmişdir. Həmin vaxtdan ayrı yaşayırlar. 2020-ci ilin iyun ayında AR Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. Digər məsrəflər çıxdıqdan sonra ayda 600 manat pensiya alır. Əlavə gəlir yeri yoxdur. Uşaqlarının maddi təminatı üçün hər ay hər uşağa 100 manat, cəmi 200 sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İ 366695 nömrəli xx xxxxxx 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər nikahlarını xx xxxxxx 2008-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 02 nömrə ilə qeyd etdirərək rəsmləşdirmilşlər. AZ-İİ 244038 nömrəli xx xxxx 2009-cu il tarixli və AZ-İİ 333719 nömrəli xx xxxxxx 2009cu il tarixli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin xx xxxxxxx 2008-ci il tarixdə X2 və xx xxxxxx 2009-cu il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı cavabdehin iki uşağın maddi təminatının ödəniməsinə köməklik etmədiyini qeyd edərək cavabdehdən hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh AR Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxıldığını, ayda 600 manat pensiya aldığını, əlavə gəlir yerinin olmadığını qeyd edərək iki uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş Şəfiqə Şalbuzova və xx xxxxxx 2009-cu il tarixdə doğulmuş Fidan Şalbuzlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar