Məhkəmə qərarları › İş №2(037)-138/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-138/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-138/2025 27.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3974/2023 saylı və İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı qətnamələri ilə 30 aprel 2015-ci il təvəllüdlü X3, 07 fevral 2019-cu il təvəllüdlü X5 və 08 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğidə aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(012)-3974/2023 saylı qətnaməsi ilə Məmmədzadə Səma və Məmmədzadə Zəhra adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin təyin edilmişdir. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli e-2(037)-101/2024 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 30 aprel 2015-ci il təvəllüdlü X3, 07 fevral 2019-cu il təvəllüdlü X5 və 08 dekabr 2020-ci il təvəllüdlü X4 yanında saxlanılmış və Əsmər Məmmədzadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Təyin edilmiş və məhkəmə tərəfindən tutulan aliment məbləği həddindən artıq çoxdur. Belə ki, o, “Qarışıq həyəcan və depressiv pozuntu” diaqnozu ilə Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində müalicə almışdır. Heç yerdə işləmir və başqa qazanc yeri yoxdur. Maddi imkanı aşağı olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir və nəticədə böyük miqdarda aliment borcu yığılmışdır. Ona görə də təyin edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamələri ilə aliment təyin edildikdən sonrakı müddət ərzində uşaqların yaşlarının artması onların xərclərinin də artmasına səbəb olmuşdur. İddiaçı təyin olunmuş alimenti ödəmədiyindən üç uşağın maddi təminatını tək ödəyir. Uşaqlar üçün yaşayış minimumu ildən-ilə artdığı bir vaxtda alimentin azaldılmasına heç bir əsas yoxdur. Ona görə də alimentin azaldılmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 3974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 07 fevral 2019-cu il təvəllüdlü X5 və 08 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 30 aprel 2015-ci il təvəllüdlü X3, 07 fevral 2019-cu il təvəllüdlü X5 və 08 dekabr 2020-ci il təvəllüdlü X1 Məmmədovanın yanında saxlanılmış və Əsmər Məmmədzadənin saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT035-2024-914 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 07 fevral 2019-cu il təvəllüdlü Məmmədzadə Səma və 08 dekabr 2020-ci il təvəllüdlü Məmmədzadə Zəhra adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 30 aprel 2015-ci il təvəllüdlü Əsmər, 07 fevral 2019-cu il təvəllüdlü Səma və 08 dekabr 2020-ci il təvəllüdlü Zəhra anası Cavabdeh yanında saxlanılmış və Əsmər Məmmədzadənin saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət olunmuşdur. İddiaçı təyin edilmiş və məhkəmə tərəfindən tutulan alimentin məbləğinin çox olduğunu, “Qarışıq həyəcan və depressiv pozuntu” diaqnozu ilə Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində müalicə aldığını, heç yerdə işləmədiyini və başqa qazanc yerinin olmadığını, maddi imkanı aşağı olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmədiyin, nəticədə aliment borcunun yığıldığını qeyd edərək təyin edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh aliment təyin edildikdən sonrakı müddət ərzində uşaqların yaşlarının artmasının onların xərclərinin də artmasına səbəb olduğunu, uşaqlar üçün yaşayış minimumu ildən-ilə artdığı bir vaxtda alimentin azaldılmasına heç bir əsas olmadığını qeyd edərək alimentin azaldılmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2, 8.7-ci bəndlərində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-3974/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 07 fevral 2019-cu il təvəllüdlü Səma Məmmədzadə və 08 dekabr 2020-ci il təvəllüdlü Zəhra Məmmədzadənin, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Əsmər Məmmədzadənin saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı məhkəməyə bu halı təsdiq edən sübut təqdim etməmişdir. Aliment müəyyən olunduqdan sonra keçən müddət ərzində üç azyaşlı uşaqların yaşının artması onların xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2023 və 2024-cü illərə nisbətən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçının cavabdehə ödəməli olduğu aliment hazırki şəraitdə üç uşağın saxlanması üçün yüksək məbləğ deyildir. Alimentin azaldılması uşaqların maddi vəziyyətinə pis təsir göstərə bilər. İddiaçı alimentin azaldılması əsasları barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar