Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-145/2021 11.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Süleymanova (Ağayeva) Türanə Nizami qızının Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Süleymanova (Ağayeva) Türanə Nizami qızı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 mart 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin ödəniş qaydasının dəyişdirilərək, sabit pul məbləğində 200 (iki yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2(110)-318 nömrəli qətnaməsi ilə 20 mart 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət olunmuşduir. Təyin olunmuş aliment onun mənafeyini əhəmiyyətli dərəcədə pozmaqla uşağın saxlanması üçün azlıq edir və minimum təminatını ödəmir. Ona görə də təyin olunmuş alimentin ödəniş qaydasının dəyişdirilərək sabit pul məbləğində 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozulduqdan sonra qeyri rəsmi nikahla ailə qurmuş və xx.xx.2019-cu il tarixdə Fatimə adlı bir övladı doğulmuşdur. Heç yerdə işləmir. Buna baxmayaraq uşağının saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İİİ 947224 nömrəli xx xxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin xx xxxx 2017-ci il tarixdə X3 adlı bir uşağı doğulmuşdur. Şərur rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(110)-318 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxx 2017-ci il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış, uşağın maddi təminatı üçün cavabdehin aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının AA 24882275 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı iddia ərizəsində soyadını “Ağayeva” qeyd etsə də şəxsiyyət vəsiqəsində soyadı “Süleymanova” yazılmışdır. Şəxsiyyət vəsiqənin surətindən müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixdə X2 adlı bir övladı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutlması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında» Аzərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndində göstərilir ki, məhkəmə alimenti ödəyicinin qazancının ( gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləgində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmin qərarın 8.6-cı bəndində göstərilir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində tuta bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və sair kimi hallar nəzərə alınmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Daimi iş yeri olan şəxsin qazancının müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində tuta bilər. Şərur rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2 (110)-318 nömrəli qətnaməsi ilə xx xxxx 2017-ci il tarixdə doğulmuş Damla Ağayevanın saxlanması üçün cavabdehdən aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutuaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdehin rəsmi iş yeri olmadığından iddiaçı aliment ala bilmir. Cavabdehin qazancının müəyyən hissəsi kimi alimentin təyin olunması iddiaçının mənafeyini əhəmiyyətli dərəcədə pozduğundan aliment sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçı təyin olunmuş alimentin ödəniş qaydasının dəyişdirilərək sabit pul məbləğində 200 (iki yüz) manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə qətnaməsi ilə aliment təyin olunduqdan sonra qeyri rəsmi nikah əsasında ailə qurduğunu, bir övladının olduğunu qeyd edərək uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin iddiaçı ilə nikahdan, habelə digər nikahdan doğulmuş uşağın mənafeyini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehdən tutulan alimentin ödəniş qaydasının dəyişdirilərək, xx xxxx 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində üəyyən edilməsini, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni və əsaslı hesab edir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Süleymanova (Ağayeva) Türanə Nizami qızına ödənilən alimentin ödəniş qaydası dəyişdirilərək Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Süleymanova (Ağayeva) Türanə Nizami qızına ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-145/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-145/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver