Məhkəmə qərarları › İş №2(037)-1480/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1480/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1480/2023 27.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Borclu İddiaçı notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə ərizəsini nəzərdən keçirərək müəyyən etdi: Borclu İddiaçı ərizə ilə müraciət edərək 06 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş 06 noyabr 2020-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin surətindən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12.05.202-ci il tarixli qətnaməsinə əsasən X1 ismayıllı rayonu Diyallı kəndinin "Qaraquş" adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən İddiaçı çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(107)-150/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi İsmayıllı Rayon icra və probasiya şöbəsinin icraatındadır. Tərəflər arasında 06 noyabr 2020-ci il tarixdə barışıq razılaşması haqqında müqavilə bağlanılmış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi bağlaması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 355-23-cü maddəsində isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici tərəflər arasında bağlanmış barışıq sazişinin həll olunmasının iki yolunu müəyyən etmişdir. Borclunun təsdiq edilməsini xahiş etdiyi barışıq razılaşması haqqında müqavilə isə notarial qaydada təsdiq olunduğundan həmin müqavilənin məhkəmə qaydasında yenidən təsdiq olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu İddiaçı ərizəsi məhkəmə qaydasında baxılmamlı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməlidir. Ərizə və ona əlavə olunmuş sənəd ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: Borclu İddiaçı notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə ərizəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar