Məhkəmə qərarları › İş №2(037)-1483/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1483/2025

16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1483/2025 16.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İddiaçı Cavabdeh Niftalıyeva (Məmmədova) Aysel Sənani qızının iştirakları ilə İddiaçı cavabdeh Niftalıyeva (Məmmədova) Aysel Sənani qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi İddiaçı cavabdeh Niftalıyeva (Məmmədova) Aysel Sənani qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-64/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün minimum əmək haqqının 0,66 misli həddində müəyyən olunmuş alimentin azaldılaraq 0,30 misli həddinə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbini əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)-583 saylı qətnaməsinə əsasən 08 may 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 70 manat alimentin alınaraq Məmmədova (Niftalıyeva) Aysel Sənani qızına ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-64/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən sözügedən qətnamə ilə təyin edilən aliment məbləği ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0,66 misli həcmində indeksasiya olunaraq artırılmışdır. Hazırda heç yerdə işləmir. Qətnamə ilə aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik edilməmişdir. Ona görə də təyin olunmuş 264 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə nəzərə alaraq İsmayıllı Rayon Məhkəməsinin 8(037)- 64/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya olunaraq ödənilən 0,66 məbləğinin azaldılaraq hər ay minimum əmək haqqı məbləğinin 0,30 misli həddində təyin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda uşağın saxlanması üçün 150 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Niftalıyeva (Məmmədova) Aysel Sənani qızı iddia tələbini qəbul etməmiş və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən 08 may 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 70 manat alimentin alınaraq Məmmədova (Niftalıyeva) Aysel Sənani qızına ödənilməsi qət olunmuşdur. Nikah pozulduqdan sonra o, yeni ailə qurmuş və hazırki nikahdan bir övladı da vardır. Əli adlı uşağın yaşının artması məktəb xərclərinin də artmasına səbəb olmuşdur. Belə ki, uşağın gündəlik tələbatının ödənilməsinə, ayrı-ayrı fənlərdən hazırlığa getməsinə əlavə aylıq ödənişlər tələb olunur. İddiaçı isə ötən müddət ərzində təyin olunmuş az miqdarda alimentdən başqa uşağına heç bir köməklik etməmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 8(037)-64/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin olunmuş alimentin azaldılması barədə iddianın təmin ediıməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərə əsasən AZ-İİ 600111 saylı xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 08 may 2010-cu il tarixdə X6 adlı bir övladları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(037)-64/2025 saylı qərardadından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-583 saylı qətnaməsinə əsasən 08 may 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 70 manat alimentin alınaraq Məmmədova (Niftalıyeva) Aysel Sənani qızına ödənilməsi barədə alimentin məbləğinin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində müəyyən olunmuşdur. "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MT018-2024-00217 nömrəli xx.xx.2025-cİ il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2 nömrəli Qərarı Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğuundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 10 ilə yaxın müddət keçmiş, daha sonra həmin qətnamə üzrə tutulmuş aliment minimum əmək haqqına münasibətdə indeksasiya edilmiş bu hal iddiaçının vəziyyətini daha da ağırlaşdırmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı heç yerdə işləmir və maddi vəziyyəti qənaətbəxş deyildir. Cavabdeh də heç yerdə işləməməklə yanaşı, yeni ailə qurmuşdur. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunvericilik tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşağın saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. Eyni zamanda uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Bundan başqa aliment məbləğinin indeksasiya əsasında yeni qaydalarla müəyyən edilməsi zamanı əvvəlki təyin olunmuş aliment məbləğinin tərəflərdən birinin həddən artıq maddi çətinliyə düşməsinə səbəb olmuşdur. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-64/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2010-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay minimum əmək haqqı məbləğinin 0,425 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan uşaq üçün minimum əmək haqqı məbləğinin 0,66 misli həddində, yəni 264 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Məmmədova (Niftalıyeva) Aysel Sənani qızının xeyrinə tutulan indeksasiya edilmiş alimentin miqdarı azaldılmalı, İddiaçı hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Niftalıyeva) Aysel Sənani qızına ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Məmmədova (Niftalıyeva) Aysel Sənani qızının xeyrinə tutulan indeksasiya edilmiş alimentin miqdarı azaldılsın. İddiaçı hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutularaq Məmmədova (Niftalıyeva) Aysel Sənani qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar