Məhkəmə qərarları › İş №2(037)-1487/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1487/2024

23.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1487/2024 23.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Kərı̇ mova Gülnar Tehran qızının iştirakı ilə İddiaçı Kərı̇ mova Gülnar Tehran qızının cavabdeh Kərı̇ mov Samı̇ r Sadiq oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Kərı̇ mova Gülnar Tehran qızı cavabdeh Kərı̇ mov Samı̇ r Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2015-ci il təvəllüdlü Kərı̇ mov Murad Samı̇ r oğlunun və 12 fevral 2020-ci il təvəllüdlü Kərı̇ mov Nihat Samı̇ r oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 51 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kərı̇ mova Gülnar Tehran qızı izahat verərək göstərdi ki, cavabdeh Kərı̇ mov Samı̇ r Sadiq oğlu ilə nikahlarını 16 yanvar 2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 28 noyabr 2015-ci il tarixdə Kərı̇ mov Murad Samı̇ r oğlu və 12 fevral 2020-ci il tarixdə Kərı̇ mov Nihat Samı̇ r oğlu adlı iki övladları doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən münasibətləri pozulmuş övladları ilə birlikdə 3 aydır ki, valideynlərinin yanına getmişdir. Uşaqlar hazırda onun himayəsindədir. Cavabdeh ötən müddət ərzində övladları ilə maraqlanmamış, uşaqların saxlanması üçün heç bir köməklik etməmişdir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 28 noyabr 2015-ci il təvəllüdlü Kərı̇ mov Murad Samı̇ r oğlunun və 12 fevral 2020-ci il təvəllüdlü Kərı̇ mov Nihat Samı̇ r oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 51 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X2 məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil telefon nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İİ № 000298 nömrəli, 16 yanvar 2015-ci il tarixli X1 müəyyən edilir ki, tərəflər nikahlarını 16 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində 02 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. AZ-İİİ 652769 nömrəli 21 dekabr 2015-ci il tarixli və AZ-İV 418911 nömrəli 17 fevral 2020-ci il tarixli doğum haqqında şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, tərəflərin 28 noyabr 2015-ci il tarixdə Kərı̇ mov Murad Samı̇ r oğlu və 12 fevral 2020-ci il tarixdə Kərı̇ mov Nihat Samı̇ r oğlu adlı iki övladı doğulmuşdur. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT035-2024-815 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Kərı̇ mova Gülnar Tehran qızı 51 manat ilkin mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə işləməklə yüksək gəlir əldə etdiyini qeyd edərək iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment təyin olunmasını tələb edir. Cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında heç yerdə işləmədiyini, iki uşağının saxlanması üçün aliment ödəməyə etiraz etmədiyini bildirir. İddiaçının yanında azyaşlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, uşaqlar üçün yaşayış minimumunu, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay hər ay, hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci 51 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 65,6 (altmış beş manat altımış qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 21 oktyabr 2024-cü il tarixdən başlayaraq Kərı̇ mov Samı̇ r Sadiq oğlundan hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) sabit pul məbləğində aliment alınaraq 28 noyabr 2015-ci il təvəllüdlü Kərı̇ mov Murad Samı̇ r oğlunun və 12 fevral 2020-ci il təvəllüdlü Kərı̇ mov Nihat Samı̇ r oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Kərı̇ mova Gülnar Tehran qızına verilsin. Kərı̇ mov Samı̇ r Sadiq oğlundan 51 (əlli bir) manat məbləğində mediasiya xərci tutularaq Kərı̇ mova Gülnar Tehran qızına ödənilsin. Kərı̇ mov Samı̇ r Sadiq oğlundan 65 (altmış) manat, 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar