Məhkəmə qərarları › İş №2(037)-1508/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1508/2024

25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1508/2024 25.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, İddiaçı İbrahı̇ m oğlunun iştirakı ilə İddiaçı İbrahı̇ m oğlunun cavabdeh Nəbı̇ yeva Elfanə Bəhlul qızına qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İbrahı̇ m oğlu cavabdeh Nəbı̇ yeva Elfanə Bəhlul qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahı̇ m oğlu izahat verərək göstərdi ki, Cavabdehlə aralarında bağlanmış nikah 2020-ci ildə pozulmuşdur. Birgə nikahdan 23 dekabr 2013-cü il tarixdə doğulmuş Nəzakət Fətullayeva cavabdehin, 10 oktyabr 2011-ci il tarixdə doğulmuş X3 isə onun himayəsində yaşayır. Cavabdehə yanında qalan bir uşağın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat aliment ödəyir. Cavabdeh eyni zamanda alimentin artırılmasını tələb edir. Cavabdeh onun yanında qalan uşağın xərclərinin qarşılanmasında heç bir köməklik etməmişdir. Göyçay Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(046)-381/2022 nömrəli qətnaməsi ilə 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Fətullayeva (aveẏ ıbəN) Elfanə Bəhlul qızının xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilmişdir. Özü heç yerdə işləmir. Cavabdehin normal aylıq gəliri vardır. Uşağın saxlanmasında çətinlik çəkir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Nəbı̇ yeva Elfanə Bəhlul qızına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil telefon nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İ №377965 nömrəli, 25 sentyabr 2021-ci il tarixli “X4” Şəhadətnamədən müəyyən edilir ki, tərəflər arasındakı nikaha 22 dekabr 2020-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 100 nömrəli akt qeydi ilə xitam verilmişdir. AZ-İİ 808833 nömrəli 08 fevral 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 10 oktyabr 2011-ci il tarixdə X3 adlı övladı doğulmuşdur. Göyçay Rayon Qeydiyyat Şöbəsinin 18 oktyabr 2024-cü il tarixli 1728 nömrəli çıxarışından görünür ki, tərəflərin 23 dekabr 2013-cü il tarixdə X2 adlı övladı doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(046)-381/2022 nömrəli qətnaməsi ilə 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Fətullayeva (aveẏ ıbəN) Elfanə Bəhlul qızının xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT-035/2024-791 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə işləməklə yüksək gəlir əldə etdiyini qeyd edərək bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment təyin olunmasını tələb edir. Cavabdeh daimi iş yeri və digər sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçının yanında azyaşlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, uşaqlar üçün yaşayış minimumunu, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 36,8 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 30 oktyabr 2024-cü il tarixdən başlayaraq Nəbı̇ yeva Elfanə Bəhlul qızından hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı İbrahı̇ m oğluna verilsin. Nəbı̇ yeva Elfanə Bəhlul qızından 36,8 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar