Məhkəmə qərarları › İş №2(037)-172/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-172/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-172/2021 12.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 12 mart 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2006-cı il tarixdə doğulmuş X2, xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, cavabdehlə qeyri rəsmi nikahından xx xxxxxxx 2006-cı il tarixdə X2, xx xxxxxx 2007-ci il tarixdə X3 və xx xxxxxx 2012-ci il tarixdə X4 adlı üç uşaqları doğulmuş və cavabdeh uşaqlarına atalıq vermişdir. Birgə yaşadıqları müddətdə münasibətləri normal olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh usta işləməklə normal aylıq gəlir əldə etmişdir. 2017-ci ilin fevral ayından cavabdeh ailəsi ilə maraqlanmır və uşaqlarının maddi təminatını ödəmir.Ona görə də uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. AZ-İİ 365574 nömrəli xx xxxxxx 2009-cu il tarixli, AZ-İİ 365575 nömrəli xx xxxxxx 2009-cu il tarixli və AZ-İİİ 082795 nömrəli xx xxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin xx xxxxxxx 2006-cı il tarixdə X2, xx xxxxxx 2007-ci il tarixdə X3 və xx xxxxxx 2012-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. AZ-İ 140569 nömrəli xx xxxxxx 2009-cu il tarixli, AZ-İ 140570 nömrəli xx xxxxxx 2009cu il tarixli və AZ-İ 203820 nömrəli xx xxx 2013-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, cavabdeh hər üç uşağın atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı cavabdehin usta işləməklə normal gəlir əldə etdiyini, üç uşağın maddi təminatının ödəniməsinə köməklik etmədiyini qeyd edərək cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə fikrini öyrənmək mümkün olmamışdır. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Buna baxmayaraq uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay hər uşağa 110 (bir yüz on ) manat olmaqla cəmi 330 (üç yüz otuz ) manat sabit pul məbləğində aliment alınaraq üç uşağın saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxxx 2006-cı il tarixdə doğulmuş X2, xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar