Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-172/2023 06.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 fevral 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan 16 avqust 2017-ci il tarixdə doğulmuş X4 və 18 aprel 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə 23 noyabr 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 16 avqust 2017-ci il tarixdə X4 və 18 aprel 2021-ci il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. Cavabdehin anasının onların ailəsinə müdaxilə etməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. Onlar faktiki olaraq ayrı yaşayırlar. İlknci övladı anadan gəlmə tez-tez ba. verən qıcolma keçirir və müalicəsinə xeyli vəsait tələb olunur. Cavabdeh isə ailəsi ilə maraqlanmır və uşaqlarının maddi təminatını ödəmir. Özü heç yerdə işləmir. Cavabdeh isə şirkətdə işləməklə yanaşı özünə məxsus torpaq sahələrini əkib becərməklə, iri buynuzlu mal-qara saxlamaqla ayda kifayət qədər aylıq gəlir əldə edir. Ona görə də cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, müəyyən müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları vaxtdan 16 avqust 2017-ci il tarixdə doğulmuş X4 və 18 aprel 2021-ci il tarixdə doğulmuş X3 iddiaçının yanında yaşayır. İddiaçı heç yerdə işləmir. O, isə “X2” MMC-də fəhlə işləməklə ayda 315 manat əmək haqqı alır. İki uşağın saxlanması üçün ayda cəmi 200 manat aliment ödəyə bilər. İddiaçının tələb etdiyi mələği ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli çıxarışından müəyyən edilir ki, tərəflər nikahlarını 23 noyabr 2016-cı il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 243 nömrə ilə qeyd edilərək rəsmləşdirmişlər. AZ-İİİ 949825 nömrəli 08 sentyabr 2017-ci il tarixli və AZ-İV 560707 03 may 2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin 16 avqust 2017-ci il tarixdə X4 və 18 aprel 2021-ci il tarixdə X3 adlı iki övladı doğulmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən müəyyən edilir ki, cavabdeh “X2” MMC-də fəhlə işləməklə ayda 345 manat əmək haqqı alır. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞİH-00263 nömrəli xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “X2” MMC-də fəhlə işləməklə ayda 345 manat əmək haqqı alır. Cavabdehin digər gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə şirkətdə işləməklə yanaşı özünə məxsus torpaq sahələrini əkib becərməklə, iri buynuzlu mal-qara saxlamaqla ayda kifayət qədər aylıq gəlir əldə etdiyini qeyd edərək cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh “X2” MMC-də fəhlə işləməklə ayda 315 manat əmək haqqı aldığını, iki uşağın saxlanması üçün ayda cəmi 200 manat aliment ödəyə biləcəyini, iddiaçının tələb etdiyi mələği ödəməyə maddi imkanının olmadığını qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 16 avqust 2017-ci il tarixdə doğulmuş X4 və 18 aprel 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 53 (əlli) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 13 dekabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər ay hər uşağa 140 (yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq 16 avqust 2017-ci il tarixdə doğulmuş X4 və 18 aprel 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 53 (əlli üç) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-172/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-172/2023
06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver