Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-182/2021 24.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X13 oğlunun katibliyi ilə X1 cavabdeh X11 oğluna qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq müəyyən e t d i: X6 (bundan sonra iddiaçı) X11 oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2006-cı il tarixdə doğulmuş X9 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, cavabdehlə xx xxxxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. xx xxxxxxx 2006-cı il tarixdə X9 və xx xxxxxx 2011-ci il tarixdə X10 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da cərrahiyyə əməliyyatı keçirdikdən sonra cavabdehin ona qarşı münasibəti dəyişmiş və ailə kimi birgə yaşamaq istəməmişdir. 2020-ci ilin mart ayında uşaqları ilə birgə İsmayıllı rayonun Kürdmaşı kəndinə valideynlərinin yanına gəlmişdir. Cavabdeh ev təmiri üzrə elektrik işləməklə kifayət qədər aylıq gəlirə malikdir. Ayrı yaşadıqları müddətdə cavabdeh ailəsi ilə maraqlanmamış və uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Ona görə də uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı Bakı şəhərində yaşamaq istədiyindən onunla münasibətləri pozmuşdur. Əvəllər “Azfen” Türk-Azərbaycan firmasında elektrik işləsə də, hazırda daimi iş yeri yoxdur. Dolanışığını ev təmiri üzrə fərdi qaydada elektrik işləməklə təmin edir. Uşaqlarının maddi təminatı üçün hər ay hər uşağa 100 manat, cəmi 200 sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydindən çıxarışdan müəyyən edilir ki, tərəflər nikahlarını xx xxxxxxxx 2005-ci il tarixdə İsmayıllı rayon İHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyində 26 nömrə ilə qeyd etdirərək rəsmləşdirmilşlər. AZ-İ 850934 nömrəli xx xxxxxx 2006-c il tarixli və AZ-İİ 600158 nömrəli xx xxxxxx 2011-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin xx xxxxxxx 2006-cı il tarixdə X9 və xx xxxxxx 2011-ci il tarixdə X10 adlı iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı cavabdehin iki uşağın maddi təminatının ödəniməsinə köməklik etmədiyini qeyd edərək cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh hazırda daimi iş yerinin olmadığını, dolanışığını ev təmiri üzrə fərdi qaydada elektrik işləməklə təmin etdiyini qeyd edərək iki uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxxx 2006-cı il tarixdə doğulmuş Şahnaz Daşdızadə və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Nərmin Daşdızadənim yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən başlayaraq X2 hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxxx 2006cı il tarixdə doğulmuş X9 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün X5 verilsin. X2 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-182/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-182/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver