Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-19/2021 03.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2009-cu il tarixli CAİsm 26940 saylı kredit müqaviləsi üzrə “CredAqro”qeyri-X8 xeyrinə ipoteka ilə yüklü edilmiş ona məxsus İsmayıllı rayonu İsmayıllı kəndində 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış, 60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış, 60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi və İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli,2 otaqlı, 66.2 kv.metr yaşayış,60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən onun adına dövlət qeydiyyatına alınmış və “CredAqro”qeyri-X8 xeyrinə yüklü edilmiş xx xxxxxx 2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan xx.xx.2009-cu il tarixli 26940 saylı kredit müqaviləsi üzrə 3676 manat əsas, 294 manat faiz, 2975 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6250 manatın alınıb “Qred-Aqro” X7 X8 İsmayıllı filiyalına ödənilməsi, 6250 manat məbləğinin tutulmasının xx.xx.2009-cu il tarixli 26940 saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış 15000 ABŞ dolları dəyərində olan, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.m yaşayış,60.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0.12 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda satılmaqla yönəldilməsi və onun adına qeydə alınmış, ipoteka qoyulmuş İsmayıllı rayon İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən onun, X4, X5 və digər ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılması və fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin iş üzrə xx xxxxxx 2010-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. İpoteka qoyulmuş İsmayıllı rayon İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi İsmayıllı rayon İcra Şöbəsi tərəfindən xx xxxxxx 2011ci il tarixli 373/2011 saylı hərracın keçirilməsinə dair sifariş məktubu ilə “X1 Mərkəzi” MMCyə göndərilmişdir. İpoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 22000 manat müəyyən edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən xx xxxxxx 2011 və xx xxxxxx 2012-ci il tarixlərdə iki dəfə olmaqla hərrac keçirilmişdir. Keçirilmiş hərraclarda ipoteka predmetinin ilkin satış qiyməti 22000 manat məbləğində göstərilmişdir. İpoteka predmeti olan əmlak hər iki hərracda satılmadığından “X1 Mərkəzi” MMC tərəfindən ipoteka haqqında qanunun tələblərinə əsasən xx xxxxxx 2012-ci il tarixdə iş İsmayıllı rayon İcra Qrupuna qaytarılmışdır. İpoteka predmeti olan əmlak açıq hərracda satılmadığından borcun əvəzinə xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 BOKT QSC-yə təklif olunsa da sonuncu ipoteka predmetini borcun əvəzinə qəbul etməkdən imtina etmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən xx xxxxxx 2013-cü il tarixli 373/2010 saylı qərar qəbul edilərək icra sənədi İsmayıllı rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdeh1 BOKT QSC ipoteka predmetini heç bir əsas olmadan ipoteka ilə yüklülükdə saxlamışdır. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, xx xxxxxx 2009-cu il tarixli CAİsm 26940 saylı kredit müqaviləsi üzrə “CredAqro”qeyri-X8 xeyrinə ipoteka ilə yüklü edilmiş ona məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış, 60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış,60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi və İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış,60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən onun adına dövlət qeydiyyatına alınmış və “CredAqro”qeyri-X8 xeyrinə yüklü edilmiş xx xxxxxx 2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh1 BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı ilə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixli 26940 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı illik 22% dərəcəsi ilə 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2009-cu il tarixli 26940 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış, 60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı xx.xx.2009-cu il tarixli 26940 saylı kredit müqaviləsi üzrə 3676 manat əsas, 294 manat faiz, 2975 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6250 manatın alınaraq “Qred-Aqro” X7 X8 İsmayıllı filiyalına ödənilməsi, 6250 manat məbləğinin tutulmasının xx.xx.2009-cu il tarixli 26940 saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış 15000 ABŞ dolları dəyərində olan, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.m yaşayış, 60.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0.12 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda satılmaqla yönəldilməsi və İddiaçı adına qeydə alınmış, ipoteka qoyulmuş İsmayıllı rayon İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı, X4 və X3 və digər ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılması və fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti 22000 manat müəyyən edilməklə açıq hərracda satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən ilk hərrac xx xxxxxx 2011-ci il tarixdə, təkrar hərrac xx xxxxxx 2012-ci il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki hərracda satılmadığından “X1 Mərkəzi” MMC tərəfindən ipoteka haqqında qanunun tələblərinə əsasən xx xxxxxx 2012-ci il tarixdə iş İsmayıllı rayon İcra Qrupuna qaytarılmışdır. İsmayıllı rayon İcra Qrupu tərəfindən ipoteka predmeti olan əmlak açıq hərracda satılmadığından ipoteka haqqında qanunun tələblərinə əsasən xx xxxxxx 2012-ci il tarixdə borc əvəzinə Cavabdeh1 BOKT QSC-nin İsmayıllı filiyalına təklif olunmuşdur. Cavabdeh1 BOKT QSCnin İsmayıllı filiyalı tərəfindən ipoteka predmeti olan əmlakın borc əvəzi kimi qəbul edilməsi məqsədəuyğun hesab olunmadığından həmin əmlakı borc əvəzi kimi qəbul edilməsindən imtina olunmuşdur. İddia tələbini əsasssız hesab edir və rədd edilməsini xahiş edir. İkinci cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx xxxxxx 2010-cu il tarixdə İsmayıllı rayon İcra Qrupunun icraatına daxil olmuşdur. İsmayıllı rayon İcra Qrupu tərəfindən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti 22000 manat müəyyən edilməklə açıq hərracda satılması üçün xx xxxxxx 2011-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən ilk hərrac xx xxxxxx 2011-ci il tarixdə, təkrar hərrac xx xxxxxx 2012-ci il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki hərracda satılmadığından “X1 Mərkəzi” MMC tərəfindən ipoteka haqqında qanunun tələblərinə əsasən xx xxxxxx 2012-ci il tarixdə iş İsmayıllı rayon İcra Qrupuna qaytarılmışdır. İsmayıllı rayon İcra Qrupu tərəfindən ipoteka predmeti olan əmlak açıq hərracda satılmadığından xx xxxxxx 2012-ci il tarixdə borc əvəzinə Cavabdeh1 BOKT QSC-yə təklif olunsa da sonuncu ipoteka predmetini borcun əvəzinə qəbul etməkdən imtina etmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən xx xxxxxx 2013-cü il tarixli 373/2010 saylı qərar qəbul edilərək icra sənədi İsmayıllı rayon Məhkəməsinə qaytarılmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxsə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.m yaşayış, 60.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınaraq xx xxxxxx 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı məxsus İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi 0.12 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə “CredAqro” qeyri-X8 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2009-cu il tarixli 26940 saylı kredit müqaviləsi üzrə 3676 manat əsas, 294 manat faiz, 2975 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6250 manatın alınaraq “Qred-Aqro” X7 X8 İsmayıllı filiyalına ödənilməsi, 6250 manat məbləğinin tutulmasının xx.xx.2009-cu il tarixli 26940 saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış 15000 ABŞ dolları dəyərində olan, İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.m yaşayış, 60.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0.12 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda satılmaqla yönəldilməsi və İddiaçı adına qeydə alınmış, ipoteka qoyulmuş İsmayıllı rayon İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı, X4 və X3 və digər ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılması və fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx xxxxxx 2010-cu il tarixdə icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. xx xxxxxx 2010-ci il tarixli 373/2010 saylı icraata başlamaq haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 2(037)-199/2010 saylı xx xxxxxxxx 2010-cu il tarixli icra sənədi xx xxxxxx 2010-cu il tarixdə İsmayıllı rayon İcra Qrupu tərəfindən icraata başlanmışdır. xx xxxxxx 2011-ci il tarixli 373/2011 saylı hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, İsmayıllı rayon İcra Qrupu tərəfindən xx xxxxxx 2011-ci il tarixdə ipoteka predmeti olan İsmayıllı rayonu İsmayıllı kəndində 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair ilkin satış qiymətinin 22000 manat olmaqla açıq hərrac keçirilməsi “X1 Mərkəzi” MMC-ə sifariş verilmişdir. xx xxxxxx 2011-ci il tarixli 11768 nömrəli və xx xxxxxx 2012-ci il tarixli 12508 nömrəli “X1 Mərkəzi” MMC tərəfindən verilmiş bildirişlərin surətindən görünür ki, xx xxxxxx 2011 və xx xxxxxx 2012-ci il tarixlərdə keçiriləcək hərrac barədə “X1 Mərkəzi” MMC tərəfindən İsmayıllı rayon İcra Qrupuna, tələbkar Cavabdeh1 BOKT-a və borclu İddiaçı əvvəlcədən məlumat verilmişdir. xx xxxxxx 2012-ci il tarixli 16140 saylı “X1 Mərkəzi” MMC-nin məktubundan görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda ipoteka predmeti olan İsmayıllı rayonu İsmayıllı kəndində 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərracda satılmadığından hərracın keçirilməsi barədə iş İsmayıllı rayon İcra Qrupuna qaytarılmışdır. İsmayıllı rayon İcra Qrupu tərəfindən tələbkar Cavabdeh1 BOKT QSC-yə göndərilmiş xx xxxxxx 2012-ci il tarixli 373 nömrəli təklifdən görünür ki, ilkin qiyməti 22000 manat məbləğində dəyərləndirilmiş ipoteka ilə yüklü edilmiş əmlak hərracda satılmadığından həmin əmlak İsmayıllı rayon İcra Qrupu tərəfindən borcun əvəzinə tələbkar Cavabdeh1 BOKT QSC-yə təklif olunmuşdur. Cavabdeh1 BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalının xx xxxxxx 2012ci il tarixli KAİsm 421 nömrəli məktubdan görünür ki, İddiaçı adına qeydə alınmış İsmayıllı rayon İsmayıllı kəndində 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.m yaşayış, 60.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş ikinci hərracda satılmadığı üçün ipoteka haqqında qanunun 43.7-ci maddəsinə uyğun olaraq borc əvəzi kimi ipoteka saxlayan Cavabdeh1 BOKT QSCyə təklif olunmuş, Cavabdeh1 BOKT QSC təklif olunmuş əmlakı borc əvəzi kimi qəbul edilməsinin məqsədəuyğun hesab olunmadığından qəbul etməkdən imtina etmişdir. xx xxxxxx 2013-cü il tarixli 373/2010 saylı İcra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon İcra qrupu tərəfindən İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(037)-199/2010 saylı icra sənədi xx xxxxxx 2013-cü il tarixdə İsmayıllı rayon Məhkəməsinə qaytarılmışdır. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər,bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin qanunun 48-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə,əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda,ipoteka predmeti məhv olduqda və bu qanunda nəzərdə tutulmuş digər hallarda xitam verilir. Həmin qanunun 48.2-ci maddəsinə əsasən bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, İddiaçı məxsus, ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan İsmayıllı rayonu İsmayıllı kəndində 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması üçün İsmayıllı rayon İcra Qrupu tərəfindən xx xxxxxx 2011-ci il tarixdə fərdi yaşayış evinin ilkin satış qiyməti 22000 manat müəyyən edilməklə “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən ilk hərrac xx xxxxxx 2011-ci il tarixdə, təkrar hərrac xx xxxxxx 2012-ci il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki hərracda satılmadığından “X1 Mərkəzi” MMC tərəfindən ipoteka haqqında qanunun tələblərinə əsasən xx xxxxxx 2012-ci il tarixdə iş İsmayıllı rayon İcra Qrupuna qaytarılmışdır. İsmayıllı rayon İcra Qrupu tərəfindən ipoteka predmeti olan əmlak açıq hərracda satılmadığından xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 BOKT QSC-yə təklif olunsa da sonuncu ipoteka predmeti olan əmlakı ipoteka haqqında qanunun tələblərinə əsasən borc əvəzi kimi qəbul edilməsini məqsədəuyğun hesab etməyərək qəbul etməkdən imtina etmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən xx xxxxxx 2013-cü il tarixli 373/2010 saylı qərar qəbul edilərək icra sənədi İsmayıllı rayon Məhkəməsinə qaytarılmışdır. Şərh olunanlara və qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ipoteka saxlayan təkrar hərracdan sonra ipoteka predmeti olan əmlakı ipoteka haqqında qanunun tələblərinə əsasən borc əvəzi kimi qəbul etməkdən imtina etdiyindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx xxxxxx 2009-cu il tarixli CAİsm 26940 saylı kredit müqaviləsi üzrə “CredAqro”qeyri-X8 xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış, 60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilsin. İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış,60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklülükdən azad edilsin. İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında 0.12 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 66.2 kv.metr yaşayış,60.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına dövlət qeydiyyatına alınmış və “CredAqro” qeyri-X8 xeyrinə yüklü edilmiş xx xxxxxx 2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarış ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-19/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-19/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver