Məhkəmə qərarları › İş №2(037)-195/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-195/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-195/2021 16.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə İddiaçı Şəfizadə Əjdər Rövşən oğlunun iştirakı ilə İddiaçı Şəfizadə Əjdər Rövşən oğlunun cavabdehlər Ağayeva Durnisə Firiudin qızı, Ağakişiyeva Fatma Firidun qızı, X31, Şükürova Xonca Zülfüqar qızı, Şükürova Kaiyə Zülfüqar qızı, Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı, Mamedov Elvin Yedigar oğlu, X27 qızı, X28 oğlu, X44 oğlu, X11, X18, X8, X9, X4, Nəbiyev Ələddin Məhəmməd oğlu, Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızına qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri barəsində alqı-satqı əqdlərinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şəfizadə Əjdər Rövşən oğlu məhkəməyə müraciət edərək JN -112, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN - 100, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh X19 mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,11 hektar hissəsi, JN -200, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -549, KOD 40718018 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0071, KOD 40718038 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X27 qızı və X28 oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Talış kəndinin ərazisində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -0005, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,78 hektar hissəsi və JN -0011, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 aprel 2021-cı il tarixli qərardadına əsasən həmin iddia tələbləri üzrə məhkəmənin icraatında olan 2(037)-195/2021, 2(037)- 197/2021, 2(037)-203/2021, 2(037)-204/2021, 2(037)-206/2021, 2(037)-208/2021 və 2(037)-209/2021 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş və həmin mülki işə 2(037)-195/2021 nömrəsi verilmişdir. İddiaçı öz iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verərək göstərdi ki, o, JN -112, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -100, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh X19 mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,11 hektar hissəsi, JN -200, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -549, KOD 40718018 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0071, KOD 40718038 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X27 qızı və X28 oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Talış kəndinin ərazisində yerləşən 0,62 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN - 0005, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,78 hektar hissəsi və JN -0011, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsini almaq qərarına gəlmişdir. Belə ki, İsmayıllı rayonu Aşıqbayram və Kürdmaşı kəndlərinin ərazilərində yerləşən həmin torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən satıldığını eşitmişdir. O, həmin torpaq sahələrinin yerləşdiyi əraziyə gəlmiş və torpaq sahələrinin hamısının birbirinə qonşu olduğunu müəyyən etmişdir. Bundan sonra torpaq sahələrini bütöv bir ərazi kimi satın almaq üçün mülkiyyətçilərin hər biri ilə ayrı-ayrılıqda danışıb şifahi razılığa gəlmişdir. Həmin vaxt qeyd olunan torpaq sahələrinin mülkiyyət hüququnu tanıyan sənədləri hazır olmamışdır. Torpaq sahələrinin mülkiyyətçiləri ilə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqavilələrini rəsmiləşdirərlər. O, torpaq sahələrinin mülkiyyətçilərinin xahişi ilə 2004-cü ilin axırları, 2005-ci ilin əvvəllərində həmin torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu haqda aralarlnda sadə yazılı əqd bağlanmışdır. Bundan sonra torpaq sahələrinin mülkiyyətçilərinin hər biri özünün xüsusi mülkiyyətində olan torpaq sahəsini onun faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədləri də ona təqdim etmişlər. Həmin vaxtdan qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlər və onların bütün ailə üzvlərinin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin ailə üzvlərindən bəziləri başqa yerdə yaşadığından, bəziləri isə Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə alqısatqı müqavilələrinin notariat qaydasında təsdiqlənməklə torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Aşıqbayram və Kürdmaşı kəndlərinin ərazilərində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Ağayeva Durnisə Firiudin qızı, Ağakişiyeva Fatma Firidun qızı, X31, Şükürova Xonca Zülfüqar qızı, Şükürova Kaiyə Zülfüqar qızı, Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı, Mamedov Elvin Yedigar oğlu, X27 qızı, X28 oğlu, X44 oğlu, X11, X18, X8, X9, X4, Nəbiyev Ələddin Məhəmməd oğlu, Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızına məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş JN -112, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,22 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -100, KOD 40718028 nömrəli 02 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,11 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdeh X19 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -200, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,22 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -549, KOD 40718018 nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 1,85 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0071, KOD 40718038 nömrəli 03 avqust 1999cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Talış kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,22 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər X27 qızı və X28 oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0005, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,78 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0011, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli Torpağa Mülkiyyət X46 Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,22 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 arasında sadə yazılı formada tərtib edilmiş 07 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlər özlərinə məxsus olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,74 hektar torpaq sahəsinin 0,22 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh X31 arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdeh özüə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,36 hektar torpaq sahəsinin 0,11 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızı arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,59 hektar torpaq sahəsinin 0,22 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlu arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,85 hektar torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər X27 qızı və X28 oğlu arasında sadə yazılı formada tərtib edilmiş 11 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Talış kəndi ərazisində yerləşən 0,62 hektar torpaq sahəsinin 0,22 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlu arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,69 hektar torpaq sahəsinin 0,78 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızı arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,47 hektar torpaq sahəsinin 0,22 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,74 hektar hektardan ibarət torpaq sahəsi cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2, həmin komissiyanın eyni tarixli qərarı ilə eyni ərazidən 0,36 hektar torpaq sahəsi cavabdeh X19, həmin komissiyanın eyni tarixli qərarı ilə eyni ərazidən 0,59 hektar torpaq sahəsi cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının, həmin komissiyanın xx xxxxxx 1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,85 hektar torpaq sahəsi cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun, həmin komissiyanın xx xxxxxx 1998-ci il tarixli 37 tarixli qərarı ilə İsmayıllı rayonu Talış kəndi ərazisindən 0,62 hektar torpaq sahəsi cavabdehlər X27 qızı və X28 oğlunun, həmin komissiyanın eyni tarixli qərarı ilə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən 2,69 hektar torpaq sahəsi cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun, həmin komissiyanın eyni tarixli qərarı ilə eyni ərazidən 0,47 hektar torpaq sahəsi cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 arasında sadə yazılı formada tərtib edilmiş 07 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,74 hektar torpaq sahəsinin 0,22 hektar, X31 arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdeh özünə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,36 hektar torpaq sahəsinin 0,11 hektar, Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızı arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,59 hektar torpaq sahəsinin 0,22 hektar, Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlu arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,85 hektar, X27 qızı və X28 oğlu arasında sadə yazılı formada tərtib edilmiş 11 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Talış kəndi ərazisində yerləşən 0,62 hektar torpaq sahəsinin 0,22 hektar, X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlu arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,69 hektar torpaq sahəsinin 0,78 hektar, Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızı arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,47 hektar torpaq sahəsinin 0,22 hektar hissəsini iddiaçıya satmışlar və iddiaçı həmin torpaq sahələrini dəyərini tam ödəmək şərti ilə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan indiyədək iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı JN -112, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -100, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh X19 mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,11 hektar hissəsi, JN -200, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -549, KOD 40718018 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0071, KOD 40718038 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X27 qızı və X28 oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Talış kəndinin ərazisində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -0005, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,78 hektar hissəsi və JN -0011, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqısatqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram, Kürdmaşı və Talış kəndləri ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan JN -112, KOD 40718028 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,74 hektar torpaq sahəsinin 0,22 hektar hissəsinin tam dəyərini 07 fevral 2005-ci il tarixdə cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2, JN -100, KOD 40718028 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdeh X19 xüsusi mülkiyyətində olan 0,36 hektar torpaq sahəsinin 0,11 hektar hissəsinin tam dəyərini 10 fevral 2005-ci il tarixdə cavabdeh X22 , JN -200, KOD 40718028 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının xüsusi mülkiyyətində olan 0,59 hektar torpaq sahəsinin 0,22 hektar hissəsinin tam dəyərini xx xxxxxx 2005-ci il tarixdə cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızına, JN -549, KOD 40718018 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun xüsusi mülkiyyətində olan 1,85 hektar torpaq sahəsinin tam dəyərini xx xxxxxx 2005-ci il tarixdə cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğluna, JN -0071, KOD 40718038 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər X27 qızı və X28 oğlunun xüsusi mülkiyyətində olan 0,62 hektar torpaq sahəsinin 0,22 hektar hissəsinin tam dəyərini 11 fevral 2005-ci il tarixdə cavabdehlər X27 qızı və X28 oğluna, JN -0005, KOD 40718028 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun xüsusi mülkiyyətində olan 2,69 hektar torpaq sahəsinin 0,78 hektar hissəsinin tam dəyərini 10 fevral 2005-ci il tarixdə cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Cavabdeh2, JN -0011, KOD 40718028 nömrəli Torpağa Mülkiyyət X46 Aktına əsasən cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının xüsusi mülkiyyətində olan 0,47 hektar torpaq sahəsinin 0,22 hektar hissəsinin tam dəyərini 07 fevral 2005-ci il tarixdə cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızına ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, JN -112, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Ağakişiyeva Fatma Firidun qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -100, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh X19 mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,11 hektar hissəsi, JN -200, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -549, KOD 40718018 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN - 0071, KOD 40718038 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X27 qızı və X28 oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Talış kəndinin ərazisində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -0005, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,78 hektar hissəsi və JN -0011, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi barəsində iddiaçı Şəfizadə Əjdər Rövşən oğlu ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdləri etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN -112, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayeva Durnisə Firiudin qızı və Ağakişiyeva Fatma Firidun qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -100, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh X19 mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,11 hektar hissəsi, JN -200, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Şükürova Xonca Zülfüqar qızı və Şükürova Kaiyə Zülfüqar qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -549, KOD 40718018 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Mamedov Yedigar İbrahim oğlu, Mamedova Sədaqət Məsim qızı, X38 qızı və Mamedov Elvin Yedigar oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN - 0071, KOD 40718038 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X27 qızı və X28 oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Talış kəndinin ərazisində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -0005, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X44 oğlu, Nəbiyeva Mərmər Lətifşah qızı, X18, X8, X9, X4 və Nəbiyev Ələddin Məhəmməd oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,78 hektar hissəsi və JN -0011, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Nəbiyev Nəbi Oruc oğlu və Nəbiyeva Lala Qabo qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi barəsində iddiaçı Şəfizadə Əjdər Rövşən oğlu ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdləri etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar