Məhkəmə qərarları › İş №2(037)-196/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-196/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-196/2021 16.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə İddiaçı Şəfizadə Əjdər Rövşən oğlunun, Cavabdehlər Cavabdeh qızı, Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Gülgəz Şakir qızı, Ağayev Tahir Oruc oğlu və Ağayeva Rəfiqə Şeyda qızının iştirakı ilə İddiaçı Şəfizadə Əjdər Rövşən oğlunun cavabdehlər Cavabdeh qızı, Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu, Fətəliyeva Nuridə Rasif qızı, Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı, Ağayeva Humay Hafiz qızı, X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu, Zöhrabov Orxan Şiralı oğlu, Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı, Ağayeva Məlahət Oruc qızı, Ağayev Tahir Oruc oğlu, Rəhimova Pərvanə İbrahim qızı, Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu, Babayev Fuad Baba oğlu, Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızına qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri barəsində alqı-satqı əqdlərinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şəfizadə Əjdər Rövşən oğlu (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək JN -101, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh Cavabdeh mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0063, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -0062, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektar hissəsi, JN -0054, KOD 40718048 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -198, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi, JN -197, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -116, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,66 hektar hissəsi və JN -0032, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqısatqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 aprel 2021-cı il tarixli qərardadına əsasən həmin iddia tələbləri üzrə məhkəmənin icraatında olan 2(037)-196/2021, 2(037)- 198/2021, 2(037)-200/2021,2(037)-201/2021, 2(037)-202/2021, 2(037)-205/2021, 2(037)-207/2021 və 2(037)-210/2021 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş və həmin mülki işə 2(037)-196/2021 nömrəsi verilmişdir. İddiaçı öz iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 10 fevral 2005-ci il tarixdə il tarixdə sadə yazılı müqavilə əsasında JN -101, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında Cavabdeh mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,11 hektar, 03 fevral 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -0063, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsini, 07 fevral 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -0062, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektar hissəsini, 08 fevral 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -0054, KOD 40718048 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsini, 18 yanvar 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -198, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsini, 17 yanvar 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -197, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsini, 17 yanvar 2005-ci il tarixdə sadə yazılı müqavilə əsasında JN -116, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,66 hektar hissəsini və 10 fevral 2005-ci il tarixdə il tarixdə sadə yazılı müqavilə əsasında JN -0032, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsini həmin torpaq sahələrinə dair aralarında razılaşdırılmış dəyərini cavabdehlərə ödəməklə satın almışdır. Həmin vaxt qeyd olunan torpaq sahələrinin mülkiyyət hüququnu tanıyan sənədləri hazır olmamışdır. Torpaq sahələrinin mülkiyyətçiləri ilə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqavilələrini rəsmiləşdirərlər. O, torpaq sahələrinin mülkiyyətçilərinin xahişi ilə 2005-ci ilin əvvəllərində həmin torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu haqda aralarlnda sadə yazılı əqd bağlanmışdır. Bundan sonra torpaq sahələrinin mülkiyyətçilərinin hər biri özünün xüsusi mülkiyyətində olan torpaq sahəsini onun faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədləri də ona təqdim etmişlər. Həmin vaxtdan qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlər və onların bütün ailə üzvlərinin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin ailə üzvlərindən bəziləri başqa yerdə yaşadığından, bəziləri isə Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməklə torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə onun mülkiyyətinə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən cəmi 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ilin sonlarında o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. İddiaçı həmin torpaq sahəsinin satılması ilə bağlı onlarla danışıb razılığa gəlmişdir. O, 10 fevral 2005-ci il tarixdə xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satmışdır. Satdığı torpaq sahəsinin aralarında razılaşdırılmış dəyəri tam şəkildə ona ödənilmiş və bu barədə aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. O, səhhəti ilə əlaqədar olaraq Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. İddiaçıya satdığı 0,11 hektar torpaq sahəsi ilə bağlı onun hazırda hər hansı tələbi və ya iddiası yoxdur. Cavabdeh Ağayev Hafiz Zöhrab oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə onların beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən cəmi 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2005-ci ilin əvvəllərində onlar həmin torpaq sahəsinin müəyyən hissəsini satmaq qərarına gəlmişlər. İddiaçı həmin torpaq sahəsinin 0,56 hektarının satılması ilə bağlı onlarla danışıb razılığa gəlmişdir. Bundan sonra onlar xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektarını 07 fevral 2005-ci il tarixdə iddiaçıya satmışlar. Satdıqları torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmiş və bu barədə aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Onun ailə üzvləri olan qızlarının ailə quraraq hazırda başqa yerdə yaşadıqlarından Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır.İddiaçıya satdıqları 0,56 hektar torpaq sahəsi ilə bağlı onun və ailə üzvlərinin hazırda hər hansı tələbləri və ya iddiaları yoxdur. Cavabdeh Ağayeva Gülgəz Şakir qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə onların üç nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən cəmi 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2005-ci ilin əvvəllərində onlar həmin torpaq sahəsinin müəyyən hissəsini satmaq qərarına gəlmişlər. İddiaçı həmin torpaq sahəsinin 0,33 hektarının satılması ilə bağlı onlarla danışıb razılığa gəlmişdir. Bundan sonra onlar xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektarını 18 yanvar 2005-ci il tarixdə iddiaçıya satmışlar. Satdıqları torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmiş və bu barədə aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Onların səhhətləri imkan vermədiyindən Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. İddiaçıya satdıqları 0,33 hektar torpaq sahəsi ilə bağlı onun və ailə üzvlərinin hazırda hər hansı tələbləri və ya iddiaları yoxdur. Cavabdeh Ağayev Tahir Oruc oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998ci il tarixli 37 nömrəli qərarı ilə onların iki nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən cəmi 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2005-ci ilin əvvəllərində onlar həmin torpaq sahəsinin müəyyən hissəsini satmaq qərarına gəlmişlər. İddiaçı həmin torpaq sahəsinin 0,22 hektarının satılması ilə bağlı onlarla danışıb razılığa gəlmişdir. Bundan sonra onlar xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektarını 17 yanvar 2005-ci il tarixdə iddiaçıya satmışlar. Satdıqları torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmiş və bu barədə aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Onlar hazırda başqa yerdə yaşadıqlarından Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. İddiaçıya satdıqları 0,22 hektar torpaq sahəsi ilə bağlı onun və ailə üzvlərinin hazırda hər hansı tələbləri və ya iddiaları yoxdur. Cavabdeh Ağayeva Rəfiqə Şeyda qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə onların üç nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisindən cəmi 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2005-ci ilin əvvəllərində onlar həmin torpaq sahəsinin müəyyən hissəsini satmaq qərarına gəlmişlər. İddiaçı həmin torpaq sahəsinin 0,33 hektarının satılması ilə bağlı onlarla danışıb razılığa gəlmişdir. Bundan sonra onlar xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayramlılı kəndi ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektarını 10 fevral 2005-ci il tarixdə iddiaçıya satmışlar. Satdıqları torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmiş və bu barədə aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Müəyyən səbəblərdən Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. İddiaçıya satdıqları 0,33 hektar torpaq sahəsi ilə bağlı onun və ailə üzvlərinin hazırda hər hansı tələbləri və ya iddiaları yoxdur. Digər cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu, Fətəliyeva Nuridə Rasif qızı, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı, Ağayeva Humay Hafiz qızı, X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu, Zöhrabov Orxan Şiralı oğlu, X25, Ağayeva Məlahət Oruc qızı, Rəhimova Pərvanə İbrahim qızı, Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu, Babayev Fuad Baba oğlu, Ağayev Ədalət Ömər oğlu və Ağayeva Nazlı Ədalət qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmişlər, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş JN -101, KOD 40718028 nömrəli 02 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdeh Cavabdeh mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0063, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0062, KOD 40718028nömrəli 02 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0054, KOD 40718048 nömrəli 03 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qarakolluq kəndi ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -198, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -197, KOD 40718028 nömrəli 02 avqust 1999cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -116, KOD 40718028 nömrəli 02 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN -0032, KOD 40718028 nömrəli 02 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh Cavabdeh arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehin özünə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızı arasında sadə yazılı formada tərtib edilmiş 03 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin 0,45 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızı arasında sadə yazılı formada tərtib edilmiş 07 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,40 hektar torpaq sahəsinin 0,56 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlu arasında sadə yazılı formada tərtib edilmiş 08 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar torpaq sahəsinin 0,45 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızı arasında sadə yazılı formada tərtib edilmiş 18 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar torpaq sahəsinin 0,33 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızı arasında sadə yazılı formada tərtib edilmiş 17 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,42 hektar torpaq sahəsinin 0,22 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlu arasında sadə yazılı formada tərtib edilmiş 17 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,33 hektar torpaq sahəsinin 0,66 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızı arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar torpaq sahəsinin 0,33 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayonu nAşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 37 nömrəli qərarı ilə cavabdeh Cavabdeh, həmin ərazidə yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər X12, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının, həmin ərazidə yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı, X29, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının, İsmayıllı rayonu Qarakolluq kəndi ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının, həmin ərazidə yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının, həmin ərazidə yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun, həmin ərazidə yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi həmin komissiyanın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdeh Cavabdeh arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdeh özünə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar torpaq sahəsini, cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızı arasında sadə yazılı formada tərtib edilmiş 03 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin 0,45 hektarını, cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızı arasında sadə yazılı formada tərtib edilmiş 07 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,40 hektar torpaq sahəsinin 0,56 hektarını, cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlu arasında sadə yazılı formada tərtib edilmiş 08 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar torpaq sahəsinin 0,45 hektarını, cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızı arasında sadə yazılı formada tərtib edilmiş 18 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar torpaq sahəsinin 0,33 hektarını, cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızı arasında sadə yazılı formada tərtib edilmiş 17 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,42 hektar torpaq sahəsinin 0,22 hektarını, cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlu arasında sadə yazılı formada tərtib edilmiş 17 yanvar 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,33 hektar torpaq sahəsinin 0,66 hektarını, cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızı arasında sadə yazılı formada tərtib edilmiş 10 fevral 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar torpaq sahəsinin 0,33 hektarını qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satmışlar və torpaq sahəsinin dəyərini tam şəkildə almışlar. Həmin vaxt torpaq sahələrinin alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqavilələrinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin bəziləri ərazidə yaşamadıqlarından, bəziləri Notariat Kontoruna getməkdən yayındıqlarından alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı JN -101, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh Cavabdeh mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0063, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -0062, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektar hissəsi, JN -0054, KOD 40718048 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -198, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi, JN -197, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -116, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,66 hektar hissəsi və JN -0032, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdehlər Cavabdeh qızı, Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Gülgəz Şakir qızı, Ağayev Tahir Oruc oğlu və Ağayeva Rəfiqə Şeyda qızı xüsusi mülkiyyətlərinə verilmiş, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən, iddiaçıya satdıqları torpaq sahələri ilə bağlı onların hər hansı iddialarının olmadıqlarını bildirmişlər. Digər cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu, Fətəliyeva Nuridə Rasif qızı, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı, Ağayeva Humay Hafiz qızı, X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu, Zöhrabov Orxan Şiralı oğlu, X25, Ağayeva Məlahət Oruc qızı, Rəhimova Pərvanə İbrahim qızı, Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu, Babayev Fuad Baba oğlu, Ağayev Ədalət Ömər oğlu və Ağayeva Nazlı Ədalət qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 0,11 hektar torpaq sahəsinin dəyərini 10 fevral 2005-ci il tarixdə cavabdeh Cavabdeh, 1,18 hektar torpaq sahəsinin 0,45 hektarının dəyərini 03 fevral 2005-ci il tarixdə cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızına, 1,40 hektar torpaq sahəsinin 0,56 hektarının dəyərini 07 fevral 2005-ci il tarixdə cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızına, İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar torpaq sahəsinin 0,45 hektarının dəyərini 08 fevral 2005-ci il tarixdə cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğluna, İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar torpaq sahəsinin 0,33 hektarının dəyərini 18 yanvar 2005-ci il tarixdə cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızına, 0,42 hektar torpaq sahəsinin 0,22 hektarının dəyərini 17 yanvar 2005-ci il tarixdə cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızına, 2,33 hektar torpaq sahəsinin 0,66 hektarının dəyərini 17 yanvar 2005-ci il tarixdə cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğluna və 1,13 hektar torpaq sahəsinin 0,33 hektarının dəyərini 10 fevral 2005-ci il tarixdə cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızına tam şəkildə ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, JN -101, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh Cavabdeh mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0063, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -0062, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektar hissəsi, JN -0054, KOD 40718048 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -198, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi, JN -197, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -116, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,66 hektar hissəsi və JN -0032, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN -101, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdeh Cavabdeh mülkiyyətində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN -0063, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Fətəliyev Rasif Xosrov oğlu, Fətəliyeva Gülşən Məhəmməd qızı, Fətəliyev Qoşqar Rasif oğlu və Fətəliyeva Nuridə Rasif qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -0062, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Hafiz Zöhrab oğlu, Ağayeva Rəsmiyyə Ədalət qızı , Ağayeva Günay Hafiz qızı, Ağayeva Firuzə Hafiz qızı və Ağayeva Humay Hafiz qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,56 hektar hissəsi, JN -0054, KOD 40718048 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər X39 oğlu, Zöhrabova Şükufə İmran qızı, Zöhrabov Aqşin Şiralı oğlu və Zöhrabov Orxan Şiralı oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Qarakolluq kəndinin ərazisində yerləşən 1,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,45 hektar hissəsi, JN -198, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Oruc Zülfüqar oğlu, Ağayeva Gülgəz Şakir qızı və Ağayeva Məlahət Oruc qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,88 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi, JN -197, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Tahir Oruc oğlu və Rəhimova Pərvanə İbrahim qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 0,42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,22 hektar hissəsi, JN -116, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Babayev Baba Yusif oğlu, Babayeva Sevda Qayım qızı, Babayeva Günay Baba qızı, Babayev Yusif Baba oğlu, Babayev Tural Baba oğlu və Babayev Fuad Baba oğlunun ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 2,33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,66 hektar hissəsi və JN -0032, KOD 40718028 nömrəli “Torpağa mülkiyyət Hüququna Dair Dövlət Aktı” əsasında cavabdehlər Ağayev Ədalət Ömər oğlu, Ağayeva Rəfiqə Şeyda qızı və Ağayeva Nazlı Ədalət qızının ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Aşıqbayram kəndinin ərazisində yerləşən 1,13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,33 hektar hissəsi barəsində iddiaçı Şəfizadə Əjdər Rövşən oğlu ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdləri etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar