Məhkəmə qərarları › İş №2(037)-24/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-24/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-24/2021 05.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh) ilə X10 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Vüqar Paşayev oğludur. İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil mərhum əri tərəfindən alınmışdır. Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı ilə X16 arasında xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı tərəfindən X16ə illik 24% dərəcəsi ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka müqaviləsinə əsasən İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. O, X16in Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalından kredit götürməsindən və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi hazırda yaşadığı mənzili girov qoymasından xəbəri olmamışdır. O, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzildə qeydiyyatda olmaqla X16, gəlni Afaq Paşayeva və nəvələri Eşqin Paşayev və Tunay Paşayevlə birlikdə yaşayır. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)- 110/2019 saylı qətnaməsindən sonra ona məlum olmuşdur ki, yaşadığı mənzil X16in kredit təşkilatına olan borcunun ödənilməsi üçün açıq hərracda satışa çıxarılmış və Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. X16 mülkiyyətində olan İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzili ipoteka ilə yüklü edərkən onun həmin mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəliyi və heç bir rəsmi razılığı olmamışdır. Yaşadığı mənzil Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyəti tərəfindən girov qoyularkən mənzildə yaşamağı nəzərə alınmamış, qəbul olunmuş məhkəmə qətnaməsində onun mənafeyi nəzərə alınmamış və işin faktiki hallarına düzgün qiymət verilməmişdir. İpoteka predmetinin boşaldılması və hazırda yaşadığı mənzildən çıxarılması onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. O, Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı ilə Vüqar Paşayev arasında xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Vüqar Paşayevə illik 24% dərəcəsi ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Vüqar Paşayevin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə 45,306 ABŞ dolları məbləğinin Vüqar Paşayevdən alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 45306 ABŞ dolları məbləğinin RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh BOKT QSC-nin İsmayıllı filiyalında ipoteka qoyularaq yüklü edilmiş İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1 mənzil 22 –də yerləşən mənzilə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2017-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)- 1204/2015 saylı qətnaməsi dəyişdirilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə Vüqar Paşayevdən 43561.61 ABŞ dolları məbləğinin alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satın alınmışdır. Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsi ilə Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayevin istifadə hüquqlarına xitam verilməsi, Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və X6 şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması qərara alınmışdır. İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən İsmayıllı rayon Dövlət Notariat kontoruna verilmiş xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışda qeyd edilən mənzildə Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayevin qeydiyyatda olmaları göstərilmişdir. Vüqar Paşayev ipoteka müqaviləsi bağlanarkən İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışı notariat kontoruna təqdim etmiş və həmin arayışda qeydiyyatda olduqları göstərilmiş şəxslər Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayev ərizə təqdim edərək mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsinə etirazlarının olmadığını, gələcəkdə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İsmayıllı Mənzil İstismar Sahəsinin verdiyi xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışda iddiaçının ipoteka ilə yüklü edilən mənzildə qeydiyyatda olması göstərilmədiyindən onun ərizəsi alınmamışdır. İddiaçının adı İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsində mənzildən çıxarılanların siyahısında qeyd olunmamışdır. İddiaçı ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçi olmadığından onun ərizəsinin alınmasına zərurət olmamışdır. İddiaçı ipoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda olsa da mülkiyyətçi olmadığından ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etmək hüququ yoxdur. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli binada yerləşən 22 nömrəli mənzil X5 mülkiyyətindədir. xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı tərəfindən X7 illik 24% dərəcəsi ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 nömrəli sonrakı ipoteka müqaviləsi və xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətlərindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2014cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olan İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 0.08556 hektar torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 102.1 kv.m olan 5 otaqlı 22 nömrəli mənzil Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə 45,306 ABŞ dolları məbləğinin və 24 manat dövlət rüsumunun X1 alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 45306 ABŞ dolları məbləği və 24 manat dövlət rüsumunun RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh BOKT QSC-nin İsmayıllı filiyalında ipoteka qoyularaq yüklü edilmiş İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1 mənzil 22 –də yerləşən mənzilə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2017-ci il tarixli 2(107)-244/2017 saylı qətnaməsindən müəyyən edilir ki, X5 apelyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 saylı qətnaməsi dəyişdirilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə X1 43561.61 ABŞ dolları məbləğinin alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən X10, X2, X9 və X3 istifadə hüquqlarına xitam verilməsi, X10, X2, X9 və X3 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması və İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilin boşaldılması qərara alınmışdır. İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən İsmayıllı rayon Dövlət Notariat kontoruna verilmiş xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışda X10, X2, X9 və X3 İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi 1 saylı 4 mərtəbəli kommunal yaşayış evinin 3-cü mərtəbəsində 5 otaqlı, yaşayış sahəsi 62.7 kv.metr olan 22 saylı mənzildə yaşamaqla orada daimi qeydiyyatda olmaları göstərilmişdir. İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 02/237 nömrəli arayışdan görünür ki, Paşayeva X4 şəhəri, Vahab Osmanov küçəsi 1 saylı kommunal yaşayış evinin 22 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin İsmayıllı filiyalı ilə Vüqar Paşayev arasında xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi əsasında illik 24% dərəcəsi ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Vüqar Paşayevin bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzil Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə 45,306 ABŞ dolları məbləğinin Vüqar Paşayevdən alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 45306 ABŞ dolları məbləğinin RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh BOKT QSCnin İsmayıllı filiyalında ipoteka qoyularaq yüklü edilmiş İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1 mənzil 22–də yerləşən mənzilə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2017-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1204/2015 saylı qətnaməsi dəyişdirilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KAİsm 124040/14 saylı kredit və sonrakı ipoteka müqaviləsi üzrə Vüqar Paşayevdən 43561.61 ABŞ dolları məbləğinin alınaraq Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satın alınmışdır. Cavabdeh BOKT Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsi ilə Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayevin istifadə hüquqlarına xitam verilməsi, Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və X6 şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması qərara alınmışdır. İsmayıllı Mənzil İstismar Sahəsinin verdiyi xx xxxxxx 2014cü il tarixli 03/72 nömrəli arayışda qeyd edilən mənzildə Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayevin qeydiyyatda olmaları göstərilmişdir. Vüqar Paşayev ipoteka müqaviləsi bağlanarkən İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışı notariat kontoruna təqdim etmiş və həmin arayışda qeydiyyatda olduqları göstərilmiş şəxslər Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayev ərizə təqdim edərək mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsinə etirazlarının olmadığını, gələcəkdə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İsmayıllı Mənzil İstismar Sahəsinin verdiyi xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışda iddiaçının ipoteka ilə yüklü edilən mənzildə qeydiyyatda olması göstərilmədiyindən onun ərizəsi alınmamışdır. İddiaçının adı İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsində mənzildən çıxarılanların siyahısında qeyd olunmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin qanunun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, Vüqar Paşayev mülkiyyətində olan mənzili ipoteka ilə yüklü edərkən İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışı notariat kontoruna təqdim etmiş və həmin arayışda adları qeyd edilmiş Vüqar Paşayev, Afaq Paşayeva, Eşqin Paşayev və Tunar Paşayev notarusa ərizə təqdim edərək mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsinə etirazlarının olmadığını, gələcəkdə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda həmin mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İsmayıllı Mənzil İstismar Sahəsinin verdiyi xx xxxxxx 2014-cü il tarixli 03/72 nömrəli arayışda iddiaçının ipoteka ilə yüklü edilən mənzildə qeydiyyatda olması göstərilmədiyindən onun ərizəsi alınmamışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)- 110/2019 saylı qətnaməsində iddiaçının adı mənzilindən çıxarılanların siyahısında qeyd olunmamış və ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçi olmadığından onun ərizəsinin alınmasına ehtiyac olmamışdır. İddiaçı ipoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda olsa da həmin mənzilin mülkiyyətçisi olmadığından ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etmək hüququ yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrinirəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar