Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-294/2025 17.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İddiaçı Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdeh Usubov Cəmı̇ l Səlı̇ m oğlunun nümayəndəsi/ vəkil Vəkil iştirakı ilə İddiaçı Əhədova Naı̇ bə Ramazan qızının cavabdeh Usubov Cəmı̇ l Səlı̇ m oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 17 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əhədova Naı̇ bə Ramazan qızı cavabdeh Usubov Cəmı̇ l Səlı̇ m oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyul 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin, manat alimentin və mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əhədova Naı̇ bə Ramazan qızı sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehlə qeyri-rəsmi ailə qurmuşlar. 05 iyul 2023-cü il tarixdə X3 adlı bir övladları doğulmuşdur. Cavabdeh ilə aralarında ər-arvadlıq münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. Həmin vaxtdan cavabdeh ailəsi və uşağı ilə maraqlanmır və maddi köməklik göstərmir. Himayəsində südəmər uşaq olduğundan heç yerdə işləyə bilmir, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehin faktiki aylıq qazancı 2000 manat təşkil edir. Ona görə də 05 iyul 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Usubov Cəmı̇ l Səlı̇ m oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə nümayəndəsi/Vəkil təmsil etmişdir. Cavabdehin nümayəndəsi/ Vəkil izahat verərək göstərdi ki, tərəflər faktiki olaraq ayrı yaşayır. Cavabdeh orta hesabla 500-600 manat aylıq gəlir əldə edir. Cavabdeh övladına aliment ödəməkdən boyun qaçırmır, Səccad adlı uşağın saxlanması üçün hər ay 150-160 manat civarında aliment ödəyə bilər, bundan artıq aliment ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, iddiaçının iştirakı olmadan işə baxılmasını və ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş; İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 03 nömrəli arayışdan müəyyən edilir ki, tərəflərin 05 iyul 2023-cü il tarixdə X3 adlı bir övladı doğulmuşdur. İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 02 nömrəli arayışdan müəyyən edilir ki, Usubov Cəmı̇ l Səlı̇ m oğlu X2 atası hesab edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MTO35-2024-802 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı iddia ərizəsində hər ay 246 manat aliment təyin edilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, etibarnamə üzrə nümayəndəsi /vəkil/ cavabdehin ayda 150-160 manat civarında aliement ödəyə biləcəyini qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının uşağın maddi təminatının ödənilməsində çətinlik çəkdiyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 05 iyul 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Usubov Cəmı̇ l Səlı̇ m oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Əhədova Naı̇ bə Ramazan qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 22 yanvar 2025-ci il tarixdən hesablanmalı, qətnamənin alimetin tiutulmasına dair hissəsi dərhal icra edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki vəziyyətdə bir il ərizndə ödəmənin məcmusu 44 manat etdiyindən və iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərci ödədiyindən, cavabdehdən həmin xərcin tutularaq iddiaçıya ödənilməsi təmin edildiyindən yenidən dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 yanvar 2025-ci il tarixdən başlayaraq 05 iyul 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Usubov Cəmı̇ l Səlı̇ m oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Əhədova Naı̇ bə Ramazan qızına verilsin. Qətnamənin alimentə diar hissəsi dərhal icra olunsun. Usubov Cəmı̇ l Səlı̇ m oğlundan 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq Əhədova Naı̇ bə Ramazan qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-294/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-294/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver