Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-383/2021 27.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı cavabdeh X1rşı torpaq sahəsi və fərdi yaşayış evi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə 27 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək JN-315A nömrəli (KOD ********) Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə əsasən X3 (bundan sonra cavabdeh) xüsusi mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 20,5 kv.metr sahəsi olan bir otaqdan ibarət fərdi yaşayış evi barəsində onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun İvanovka kəndində yerləşən JN- 315A nömrəli (KOD ********) Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehin xüsusi mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini 2004-cü ildə cavabdehlə şifahi razılığa gələrək dəyərini ödəyərək almışdır. Həmin vaxt qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququnu tanıyan sənədlər mülkiyyətçidə olmamışdır. Mülkiyyətçilə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqaviləsini rəsmiləşdirərlər. O, mülkiyyətçinin xahişi ilə 2004-cü ilin may ayında həmin torpaq sahəsinin və fərdi yaşayış evinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini ona tam şəkildə ödəmiş və bu barədə cavabdehlə aralarında sadə yazılı formada müqavilə də bağlamışlar. Bundan sonra torpaq sahəsi və fərdi yaşayış evi onun faktiki istifadəsinə verilmişdir. Həmin vaxtdan qeyd olunan daşınmaz əmlaklar onun istifadəsindədir. Torpaq sahəsinin mülkiyyət hüququnu tanıyan sənədlər sonradan hazırlanaraq cavabdehə təqdim edilmişdir. Torpaq sahəsinin və fərdi yaşayış evinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahəsini və fərdi yaşayış evini öz adına rəsmiləşdirə bilmir. Belə ki, torpaq sahəsinin və fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etməsi tələb olunur. Cavabdeh Notariat Kontoruna getməkdən yayındığına görə alqı-satqı müqaviləsinin notarial qaydasında təsdiqlənməklə torpaq sahəsinin və fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. O, qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehin hazırda həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbi və ya iddiası yoxdur. Onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də İsmayıllı rayonun İvanovka kəndində yerləşən həmin torpaq sahəsinin və fərdi yaşayış evinin satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. JN-315A nömrəli (KOD ********) Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən cavabdeh X3 mülkiyyətinə İsmayıllı rayonu İvanovka kəndi ərazisindən 0,16 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonu İvanovka kəndində 20,5 kv.metr sahəsi olan bir otaqdan ibarət fərdi yaşayış evi İsmayıllı RİK-nin xalq deputatları sovetinin 19 fevral 1988-ci il tarixli 48 nömrəli qərarına əsasən X2 adına qeydiyyata alınmışdır. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş 20 iyul 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehin özünə məxsus olan, İsmayıllı rayonun İvanovka kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 20,5 kv.metr sahəsi olan fərdi yaşayış evini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı , torpaq sahəsinin və fərdi yaşayaış evinin dəyərini tam şəkildə aldığı, həmin əmlaklarla bağli iddia və tələbinin olmayacağı qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı İsmayıllı rayonun İvanovka kəndində yerləşən, JN-315A nömrəli (KOD ********) Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehin xüsusi mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmış 20,5 kv.metr sahəsi olan bir otaqdan ibarət fərdi yaşayış evinin dəyərini tam şəkildə ödəməklə ondan satın almışdır. Həmin vaxt torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından tərəflər alqısatqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdeh mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki istifadəsinə vermişdir. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etməsi tələb olunur. Cavabdeh Notariat Kontoruna gəlmədiyindən alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonun İvanovka kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər arasında 20 iyul 2004-cü il tarixdə sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehin özünə məxsus olan, İsmayıllı rayonun İvanovka kəndində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satması, torpaq sahəsinin və fərdi yaşayış evinin dəyərini tam şəkildə alması, həmin əmlaklarla bağli iddia və tələbinin olmayacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı İsmayıllı rayonun İvanovka kəndində yerləşən, cavabdehin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehə tam şəkildə ödəmiş, bununla da qeyd edilən daşınmaz əmlakların satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. İddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehin təqsirindən baş vermiş, cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Cavabdeh notariat kontoruna getməkdən yayındığına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi barəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmış 20,5 kv.metr sahəsi olan bir otaqdan ibarət fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi JN-315A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsi barəsində tərəflər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən Ağsu rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmış 20,5 kv.metr sahəsi olan bir otaqdan ibarət fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi JN-315A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən X3 mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsi barəsində İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-383/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-383/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver