Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-40/2023 25.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1, "xxxx" ASC və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi tələbinə dair mülki işə 25 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2013-cü il tarixli **********07113/1 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin İsmayıllı filialının xeyrinə ipotekaya yülkü edilmiş onlara məxsus İsmayıllı şəhəri, Məshəti küçəsi, ev 20 ünvanında, 06 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış sahəsinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin cavabdehlər X6, İddiaçı Hüseyin oğlu, X1, X3 və Xəlilova Nazilə namiq qızına qarşı 07 avqust 2014-cü il taixli **********1914/İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 məxsus İsmayıllı şəhəri, Məshəti küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68,3 kv.m yaşayış və 43,67 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 5 otaqlı, 20 nömrəli fərdi yaşayış evinə tutmanın yönəlsilməsi və 07 avqust 2014-cü il taixli **********1914 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı "xxxx" ASCnin xeyrinə 6020,33 manat məbləğində borc tutulması xahiş edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-19/2017 saylı qətnaməsinə əsasən İsmayıllı şəhəri, Məshəti küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68,3 kv.m yaşayış və 43,67 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 5 otaqlı, 20 nönrəli fərdi yaşayış evi açıq höərracda satılmaqla ilkin satış qiyməti 20000 manat müəyyən edilmiş, idia 2qalan hissədə təmin edilməmiş və sözühedən qətnamə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-1396/2017 saylı qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmiş və fərdi yaşayış evi 09 fevral 2021-ci il tarixli, 01/376 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət olunmuşdur. Cavabdeh1 tərəfindən keçirilmiş hərracın nəticəsi barədə zıəruri olan sənədlərin ona verilməsini xahiş etsə də, arxivdə sənədlərin tapılmadığı əsası ilə ona verməkdən imtina edilmişdir. Göründüyü kimi qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulsa da Cavabdeh1 tərəfindən 09 fevral 2021-ci il tarixli 01/376 saylı sifariş məktubuna əsasən mülkiyyətində olan əmlakı təkrar hərraca çıxarılmışdır. Yəni hərracın keçirilməsi qanuna zidd olduğundan müvafiq qərar qəbul edilənədək dayandırılmalıdır. Ona gödə də ona məxsus fərdi yaşayış evi yüklülükdən azad edilməli və "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/qardaşı X3 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, sözügedən fərdi yaşayış evi hazırda iddiaçının deyil, "xxxx" ASC-nin mülkiyyəti olmaqla üzərində də hər hansı bir yüklükük yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət retesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, Çıxarışşdan görünür ki, İsmayıllı şəhəri, Məshəti küçəsi, ev 20 ünvanında 0,0588 ha topaq sahəsində yerləşən, ümumi sahəsi 111,97 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. Məhkəmə qeyd edir ki, İddiaçı Hüseyin oğlunun hazırki tələb irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı mülkiyyətində olmayan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən subyektiv hüququ olmamamışdır. Eyni zamanda iddiaçının ərizəsinin məzmunundan hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə müraciət etmək istəməsi görünsə də, iddia ərizəsinin xahiş etdi hissəsində hazırda iddiaçıya heç bir əsasla məxsus olmayan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi qeyd edilmişdir. Bundan başqa məhkəmə hazırki iddia üzrə tələb hüququ olmayan iddiaçının əsil iddiaçı ilə əvəz edilməsini tərəflərlə müzakirə etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, tərəflərlə iddiaçının əsil iddiaçı ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçının nümayəndəsi bu barədə yazılı razılıq təqdim etməyərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə onun subyektiv hüququnun olmasını bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh1, "xxxx" ASC və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, "xxxx" ASC və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-40/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-40/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver