Məhkəmə qərarları › İş №2(037)-447/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-447/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-447/2023 19.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 qarşı torpaq sahəsi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında 19 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək JN - 305 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN - 403 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,68 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsi, JN - 404 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh5 qızının mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsi, JN - 405 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,61 hektar hissəsi və JN - 365 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 305 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.22 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini, 14 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 403 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsini, 16sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 404 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh5 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.18 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsini, 12 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 405 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,38 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,61 hektar hissəsini, 12 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 365 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini aralarında razılaşdırılmış dəyəri cavabdehlərə nəğd ödənilməklə onlardan almışdır. Lakin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd həmin vaxt mülkiyyətçilərdə olmadığından torpaq sahəsinə dair alqı-satqını rəsmiləşdirə bilməmişdir. Torpaq sahəsinin mülkiyyətçiləri olan cavabdehlərlə öz aralarında razılaşmışlar ki, alqı-satqı müqaviləsini sonra, yəni torpaq sahəsinə dair mülkiyyət sənədləri əldə olunandan sonra rəsmiləşdirərlər. O, mülkiyyətçilərin xahişi ilə torpaq sahəsini alarkən həmin torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmişdir. Bundan sonra mülkiyyətçilər həmin torpaq sahəsini onun faktiki istifadəsinə vermişlər. Bu məsələdən xeyli vaxt keçdikdən sonra cavabdehlər həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədi ona təqdim etmişlər. Həmin vaxtdan hazırki günədək cavabdehlərin bəziləri başqa yerdə yaşadıqlarından sözügedən proseduru rəsmiləşdirə bilməmişdir. Aldığı vaxtdan indiyədək qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlər bundan boyun qaçırdığı səbəbindən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməklə torpaq sahəsinin adına rəsmiləşdirilməsi mümkün deyildir. Qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı o alıcı kimi öz üzərimə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehlərin isə alqı-satqı üçün notariat kontoruna gələ bilməməsi və bəzilərinin başqa yerdə yaşaması səbəbindən hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdeh və Cavabdeh3 hüquqi varisi Cavabdeh4 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbini etiraf etdiyini və İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsini iddiaçıya satdıqlarını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. İş üzrə Cavabdeh1 hüquqi varisi X3 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbini etiraf etdiyini və anası Cavabdeh1 2004-cü ildə İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0,22 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satdığını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs DƏDRXnin Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, iddiaçını yaxından tanıyır. 2004cü ildə özünə məxsus pay torpağını İddiaçı satmışdır. Həmin vaxt cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 daözlərinə məxsus Kürdmaşı kəndində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satmışlar. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, iddiaçını yaxından tanıyır. 2004cü il tarixdə cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 özlərinə məxsus Kürdmaşı kəndində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satdıqlarını və həmin torpaq sahəsinin dəyərini iddiaçıdan tam şəkildə aldıqlarını bildirdi. X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 yaxından tanıyır. 2004-cü il tarixdə onlar özlərinə məxsus Kürdmaşı kəndində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satmışlar. İş materiallarına əlavə edilmiş JN 305 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,22 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 403 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,68 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 404 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,18 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh5 qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 405 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 2,38 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 365 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 3,61 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında sadə yazılı formada tərtib edilmiş 18 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehin özünə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında sadə yazılı formada tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,68 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,3674 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh5 arasında sadə yazılı formada tərtib edilmiş 16 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1224 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 arasında sadə yazılı formada tərtib edilmiş 12 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,61 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 arasında sadə yazılı formada tərtib edilmiş 12 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 aprel 2023-cü il tarixli 3-21-3-42/2-2073/2023 saylı cavab məktubundan görünür ki, JN 405 kod 40718018 olan dövlət aktına əsasən 2,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 və ailə üzvlərinə məxsus olmuş, lakin, həmin torpaq sahəsindən 0,2983 ha, 0,2728 sah və 0,6121 ha hissəsi Bakı şəhəri 5 saylı notariat ofisinin xx.xx.2020ci il tarixli 4 Ə-493 saylı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi, digər torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri İddiaçı JN - 305 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN - 403 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,68 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsi, JN - 404 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh5 qızının mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsi və JN - 365 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə hissədə təmin edilməli, iddia tələbi İddiaçı JN - 405 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,61 hektar hissəsi barədə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması tələbinə dair hissədə rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar torpaq sahəsi Cavabdeh1, 0,68 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 0,18 hektar torpaq sahəsi Cavabdeh5, 2,38 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 və 3,61 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında sadə yazılı formada tərtib edilmiş 18 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sadə yazılı formada tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,68 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsinin, Cavabdeh5 arasında sadə yazılı formada tərtib edilmiş 16 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehin özünə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsinin və cavadbdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 arasında sadə yazılı formada tərtib edilmiş 12 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin dəyərini tam ödəmək şərti ilə iddiaçı onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin bəziləri ərazidə yaşamadıqlarından, bəziləri isə Notariat Kontoruna getməkdən yayındıqlarından alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN - 305 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN - 403 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,68 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsi, JN - 404 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında Cavabdeh5 qızının mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsi və JN - 365 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdeh və Cavabdeh3 hüquqi varisi Cavabdeh4, iş üzrə Cavabdeh1 hüquqi varisi X8 məhkəmə hazırlıq iclasında İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsini və İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0,22 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satdıqlarını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Bundan başqa X1, X6 və X9 məhkəmə iclasında ifadə verərək cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 2004-cü il tarixdə onlar özlərinə məxsus Kürdmaşı kəndində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satdıqlarını təsdiq etmişlər. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə iddia tələbinin İddiaçı cavabdehlər JN - 405 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X16 əsasında cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,61 hektar hissəsi barədə alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 aprel 2023-cü il tarixli 3-21-3-42/2-2073/2023 saylı cavab məktubundan göründüyü kimi, JN 405 kod 40718018 olan dövlət aktına əsasən 2,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 və ailə üzvlərinə məxsus olmuş, lakin, həmin torpaq sahəsindən 0,2983 ha, 0,2728 sah və 0,6121 ha hissəsi Bakı şəhəri 5 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4 Ə-493 saylı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüquq münasibətlərini tənzimləyən və həmin vaxt (28 iyul 2005-ci il) qüvvədə olan 335.2-ci maddəsi əsasında həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrıayrılıqda, həm də məcmu halında mövcud olub-olmaması əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə,digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006-cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli və Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 may 2012-ci il tarixli Qərarlarında) bir daha təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konustitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,22 hektar torpaq sahəsinin dəyərini 18 sentyabr 2004-cü il tarixdə Cavabdeh1, 0,68 hektar torpaq sahəsinin 0,36 hektar hissəsinin dəyərini 14 sentyabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsinin dəyərini 16 sentyabr 2004-cü il tarixdə Cavabdeh5 və 3,61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi 12 sentyabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 tam şəkildə ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barədə iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 aid hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi adları sadalanan şəxslərə nisbətdə təmin edilməmlidir. Belə ki, iddiaçı sözügedən şəxslərlə onlara məxsus torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağladıqdan sonra əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verdiyini bildirsə bu halı məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN 305 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.22 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 403 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsi, JN 404 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh5 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.18 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsi, JN 365 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 arasında bağlanmış alqısatqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.4, 215-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN 305 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.22 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 403 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.68 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,36 hektar hissəsi, JN 404 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında Cavabdeh5 mülkiyyətində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 0.18 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,12 hektar hissəsi, JN 365 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X16” əsasında cavabdehlər Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.61 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 arasında bağlanmış alqısatqı əqdləri etibarlı sayılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar