Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-448/2023 26.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Cavabdeh4, Cavabdeh23 Mehtixan oğlu, Cavabdeh24 və Cavabdeh12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh26 qarşı torpaq sahəsi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında 26 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək JN 363 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 278 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.36 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsi, JN 335 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsi, JN 329 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi, JN 324 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 363 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini, 14 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 278 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.36 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsini, 15 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 335 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdeh X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsini, 17 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 329 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini və 18 sentyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN 324 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini aralarında razılaşdırılmış dəyəri cavabdehlərə nəğd ödənilməklə onlardan almışdır. Lakin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd həmin vaxt mülkiyyətçilərdə olmadığından torpaq sahəsinə dair alqı-satqını rəsmiləşdirə bilməmişdir. Torpaq sahəsinin mülkiyyətçiləri olan cavabdehlərlə öz aralarında razılaşmışlar ki, alqısatqı müqaviləsini sonra, yəni torpaq sahəsinə dair mülkiyyət sənədləri əldə olunandan sonra rəsmiləşdirərlər. O, mülkiyyətçilərin xahişi ilə torpaq sahəsini alarkən həmin torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmişdir. Bundan sonra mülkiyyətçilər həmin torpaq sahəsini onun faktiki istifadəsinə vermişlər. Bu məsələdən xeyli vaxt keçdikdən sonra cavabdehlər həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədi ona təqdim etmişlər. Həmin vaxtdan hazırki günədək cavabdehlərin bəziləri başqa yerdə yaşadıqlarından sözügedən proseduru rəsmiləşdirə bilməmişdir. Aldığı vaxtdan indiyədək qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlər bundan boyun qaçırdığı səbəbindən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməklə torpaq sahəsinin adına rəsmiləşdirilməsi mümkün deyildir. Qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı o alıcı kimi öz üzərimə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehlərin isə alqı-satqı üçün notariat kontoruna gələ bilməməsi və bəzilərinin başqa yerdə yaşaması səbəbindən hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdeh və cavabdeh X3 hüquqi varisi X1 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbini etiraf etdiyini və İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2.49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini iddiaçıya satdıqlarını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. İş üzrə Cavabdeh17 Şakir oğlu sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbini etiraf etdiyini və 2004-cü ildə İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsini iddiaçıya satdıqlarını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. İş üzrə cabadeh Cavabdeh23 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini İddiaçı satmışlar. Hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbi yoxdur və iş üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə cabadeh Cavabdeh24 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini İddiaçı satmışlar. Hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbi yoxdur. İş üzrə cabadeh Cavabdeh12 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsini İddiaçı satmışlar. İddia ərizəsinə heç bir etirazı və vəsatəti yoxdur. İş üzrə qərar qəbul edilməsini xahiş edir. İş üzrə cabadeh Cavabdeh4 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsini İddiaçı satmışlar. İddia ərizəsinə heç bir etirazı və vəsatəti yoxdur. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh18, Cavabdeh19, Cavabdeh21, Cavabdeh22, Cavabdeh25 və Cavabdeh26 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs DƏDRXnin Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş JN 363 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X9nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 1,50 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 278 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X9nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 3,36 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 335 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X9nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 2,91 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 329 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X9nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 2,49 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 324 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X9nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 1,74 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında sadə yazılı formada tərtib edilmiş 12 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlər özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 arasında sadə yazılı formada tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0, 14 ha və 0,31 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 arasında sadə yazılı formada tərtib edilmiş 15 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 arasında sadə yazılı formada tərtib edilmiş 17 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,49 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 arasında sadə yazılı formada tərtib edilmiş 18 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 aprel 2023-cü il tarixli 3-21-3-42/2-2074/2023 saylı cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,50 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 3,36 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, 2,91 hektar torpaq sahəsi cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17, 2,49 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 və 1,74 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında sadə yazılı formada tərtib edilmiş 12 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 sadə yazılı formada tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsinin, cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 arasında sadə yazılı formada tərtib edilmiş 15 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehin özünə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsinin, cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 arasında sadə yazılı formada tərtib edilmiş 17 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özünə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,49 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsinin və cavadbdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 arasında sadə yazılı formada tərtib edilmiş 18 sentyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsinin dəyərini tam ödəmək şərti ilə iddiaçı onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin bəziləri ərazidə yaşamadıqlarından, bəziləri isə Notariat Kontoruna getməkdən yayındıqlarından alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN 363 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 278 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.36 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsi, JN 335 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsi, JN 329 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi, JN 324 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi barədə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdeh və cavabdeh X3 hüquqi varisi X4, iş üzrə Cavabdeh17 Şakir oğlu məhkəmə hazırlıq iclasında və iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh23 Mehtixan oğlu, Cavabdeh24 və Cavabdeh12 məhkəmə baxış iclasında qeyd olunan torpaq sahəsini iddiaçıya satdıqlarını və hazırda həmin torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüquq münasibətlərini tənzimləyən və həmin vaxt (28 iyul 2005-ci il) qüvvədə olan 335.2-ci maddəsi əsasında həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrıayrılıqda, həm də məcmu halında mövcud olub-olmaması əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə,digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006-cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli və Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 may 2012-ci il tarixli Qərarlarında) bir daha təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konustitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,50 hektar torpaq sahəsinin dəyərini 12 sentyabr 2004-cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 3,36 hektar torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsinin dəyərini 14 sentyabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, 2,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsinin dəyərini 15 sentyabr 2004-cü il tarixdə cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17, 2,49 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsinin dəyərini 17 sentyabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 və 1,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsinin dəyərini 18 sentyabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 tam şəkildə ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barədə iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN 363 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 278 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.36 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsi, JN 335 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsi, JN 329 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi, JN 324 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi barəsində İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh26 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.4, 215-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN 363 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi, JN 278 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 3.36 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,37 ha, 0,14 ha və 0,31 hektar hissəsi, JN 335 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,91 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,97 hektar hissəsi, JN 329 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 və Cavabdeh22 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 2,49 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi, JN 324 KOD 40718018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X9” əsasında cavabdehlər Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 ümumi mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin 0,81 hektar hissəsi barəsində İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızı, Cavabdeh8 qızı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh26 arasında bağlanmış alqı-satqı əqdləri etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-448/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-448/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver