Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-45/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5ə qarşı müvəqqəti əvəzetmə və yüksəkliyə görə haqqın ödənilməsinin bərpa edilməsi tələbinə dair mülki işə 17 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5ə qarşı iddia ərizəsi ilə müraciət edərək, "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5 səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin (Lahıc qəsəbəsində fəaliyyət göstərən) həkimstomotoloqu İddiaçı əmək haqqına xx.xx.2019-cu il tarixdən hesablanmaqla 20% əlavənin ödənilməsinin bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etdiyinə görə hər ay üçün 200 manat hesabı ilə 63 ay üçün 12600 manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına ödənilmiş 320 manat, mediasiya təşkilatının hesabına ödənilmiş 51 manat məbləğinin əvəzi olmaqla, cəmi 12711 manat məbləğinin "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən stomotologiya bölməsinə müddətsiz olaraq həkimstomotoloq vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən işə başlamış və əmək haqqı 560 manat müəyyən edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 xx.xx.2019-cu il tarixli, 17 nömrəli əmrə əlavə əsasında Lahıc qəsəbə xəstəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası xx.xx.2019-cu il tarixdən həmin xəstəxananın həkim-stomotoloqu ona həvalə edilmişdir. Bununla da o, xx.xx.2019cu il tarixdən “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc qəsəbə xəstəxanasında baş həkim vəzifəsini icra etməklə həmin qəsəbə xəstəxanasında həkim-stomotoloq kimi əmək funksiyalarını yerinə yetirmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 xx.xx.2020-ci il tarixli, 312 nömrəli əmrinə əsasən Lahıc ASM-də bölmə müdiri olmadığı və həkim çatışmazlığını nəzərə alaraq xx.xx.2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu vəzifəsi ona həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı dəyişdirilərək Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etməklə həmin qəsəbə xəstəxanada həkim-stomotoloq kimi əmək funksiyalarını yerinə yetirmiş, xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi həmin qəsəbə xəstəxanasında həkim-stomotoloq fəaliyyətini davam etdirir. Ona son haqq-hesab verilərkən bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsi və yüksəkliyə görə əmək haqqına əlavə haqq ödənilməmişdir. Bu məqsədlə cavabdeh təşkilata rəsmi qaydada müraciət etmiş, bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsi və yüksəkliyə görə əmək haqqına əlavənin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1-47/2-939/2024 nömrəli cavab məktub ilə bildirilmişdir ki, o, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsində həkim-stomotoloq vəzifəsində işləyir. Həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu "Səhiyyə xidmətlərinin təşkili" şöbəsinin “Stomotologiya" bölməsində aparıldığından dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Tabel uçotu Lahıc ASM-dən təqdim olunmuş 2023-cü il may ayından 2024-cü ilin may ayı dövrü üçün 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənildiyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsasən bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin həkim-stomotoloqlara şamil olunmadığı göstərilmişdir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 bu cavabı tam qanunsuzdur. Belə ki, o, xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc qəsəbə xəstəxanasında (Lahıc ASM) həkim stomotoloq kimi əmək funksiyalarını yerinə yetirir. Tabelin harada tərtib edilməsindən asılı olmayaraq əmək funksiyalarını Lahıc qəsəbəsində yerinə yetirmiş və Lahıc qəsəbəsi də dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşdiyi üçün əmək haqqına 20% əlavə ödənilməlidir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tabel uçotunun Lahıc ASM-dən təqdim olunduğunu və 2023-cü il may ayından 2024-cü ilin may ayı dövrü üçün 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənildiyi göstərsə də burada da qeyri-dəqiqlik vardır. Belə ki, xx.xx.2019cu il tarixdən 2023-cü ilin may ayına kimi əmək haqqı düzgün hesablanmamış, sonradan bunun qanunsuz olduğunu bilib həmin adla bu qanunsuzluğu aradan qaldırmışdır. Reallıqda isə xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənilmir. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc qəsəbə xəstəxanasında (Lahıc ASM) baş həkim vəzifəsini icra etməsi iddia ərizəsinə əlavə edilmiş əmrlərin surətləri və digər sübutlarla tam təsdiq edilir və bu mübahisə doğurmur. Lakin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsaslanaraq bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin həkim-stomotoloqlara şamil olunmadığı bildirilir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs buna əsaslanmaqda səhvə yol verir. Belə ki bu hal daha yüksək hüquqi qüvvəyə malik qanun- əmək məcəlləsi ilə təmzinlənir və müvaviq icra hakimiyyəti orqanlarının qərarları əsas götürülə bilməz. Göründüyü kimi cavabdeh həm dağ yüksəkliyinə görə 20% əlavənin, həm də bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin ödənilməməsində haqlı deyil. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili/nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində həkim-stomotoloq vəzifəsində işləyir və həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Lahıc qəsəbəsinin rayon mərkəzindən 35 km aralı olmasını, Lahıc qəsəbəsi də daxil olmaqla ətraf kəndlərin əhalisinin stomatoloji xidmətlə təmin edilməsi məqsədi ilə və həmçinin iddiaçının Lahıc qəsəbəsində yaşamasını, gündəlik gediş-gəlişin çətin olmasını nəzərə alaraq 01 aprel 2020-ci il tarixdən 01 iyun 2024-cü il tarixədək Lahıc Ailə Sağlamlıq Mərkəzində vakant olan şöbə müdiri vəzifəsi iddiaçıya həvalə edilmiş və öz razılığı ilə stomotoloji fəaliyyətini Lahıc ASM-də yerinə yetirməsi tapşırılmışdır. Şöbə müdiri kimi Lahıc ASM-də işlədiyi dövr ərzində Lahıc ASM-dən iddiaçının imzası ilə təqdim olunmuş tabel uçotunda yalnız 2023-cü ilin may ayı – 2024-cü ilin may ayı dövründə şöbə müdiri kimi adı göstərilmiş və həmin dövr üçün 20% dağ yüksəkliyi ödənilmişdir. 2024-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan iddiaçının adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır. Qeyd edilən dövr istisna olmaqla, digər dövrlərdə iddiaçının adı Lahıc ASM-nin tabelində olmadığı üçün 20% dağ yüksəkliyinin ödənilməsi mümküm olmamışdır. İddiaçının adı özü tərəfindən təsdiq olunmuş Lahıc ASM-nin tabelində deyil, “Stomotologiya” bölməsinin tabelindədir. Mövcud vəziyyətlə bağlı olaraq uyğunsuzluğun aradan qaldırılması üçün Lahıc ASM-də stomotoloji kabinetin yaradılması məqsədi ilə 11 İyul 2024-cü il tarixli 18-1-47/2-832/2024 saylı məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə müraciət olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsasən bölmə rəhbərliyinə görə aylıq 200 manat icbari tibbi sığorta əlavəsi həkim-stomotoloqlara şamil olunmur. İddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 05 mart 2019-cu il tarixli, 17 nömrəli əmrinin surətindən görünür ki, RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası 05 mart 2019-cu il tarixdən həmin xəstəxananın həkim-stomotoloqu İddiaçı həvalə edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrinin surətindən görünür ki, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc ASM-də həkim olmadığı üçün həmin bölmənin müdiri vəzifəsi müvəqqəti olaraq 01 aprel 2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkimstomotoloqu İddiaçı həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 18 avqust 2020-ci il tarixli, 1410 nömrəli arayışından görünür ki, İddiaçı 05 mart 2019-cu il tarixdən hal-hazıradək “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Lahıc ASM bölməsinin müdiri vəzifəsində işləmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 09 yanvar 2025-ci il tarixli, 18-1-47/2-18/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, İddiaçı “İsmayıllı RMX” X5 “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində həkimstomotoloq vəzifəsində işləyir və həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Lahıc qəsəbəsinin rayon mərkəzindən 35 km aralı olmasını, Lahıc qəsəbəsi də daxil olmaqla ətraf kəndlərin əhalisinin stomatoloji xidmətlə təmin edilməsi məqsədilə və həmçinin İddiaçı Lahıc kəndində yaşamasını, gündəlik gedişgəlişin çətin olmasını nəzərə alaraq 01 Aprel 2020-ci il tarixdən 01 İyun 2024-cü il tarixədək Lahıc Ailə Sağlamlıq Mərkəzində vakant olan şöbə müdiri vəzifəsi ona həvalə edilmiş və öz razılığı ilə stomatoloji fəaliyyətini Lahıs ASM-də yerinə yetirməsi tapşırılmışdır. Şöbə müdiri kimi Lahıc ASM-də işlədiyi dövr ərzində Lahıc ASM-dən İddiaçı imzası ilə təqdim olunmuş tabel uçotunda yalnız may 2023 - may 2024 dövründə şöbə müdiri kimi adı göstərilmiş və həmin dövr üçün 20% dağ yüksəkliyi ödənilmişdir. Qeyd edilən dövr istisna olmaqla digər dövrlərdə İddiaçı adı Lahıc ASMnin tabelində olmadığı üçün 20% dağ yüksəkliyinin ödənilməsi mümküm olmamışdır. Mövcud vəziyyət ilə bağlı olaraq uyğunsuzluğun aradan qaldırılması üçün Lahıc ASM-də stomotiloji kabinetin yaradılması məqsədi ilə 11 İyul 2024-cü il tarixli 18-1-47/2-832/2024 saylı məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə müraciət olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası haqqında 2 saylı qərarının 17.1.1 maddəsinə əsasən bölmə rəhbərliyinə görə aylıq 200 manat İcbari Tibbi Sığorta əlavəsi həkimstomotoloqlara şamil olunmur. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 21 yanvar 2025-ci il tarixli, 18-1-47/2-55/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, həkim-stomotoloq İddiaçı özü tərəfindən imzalanaraq təsdiq olunmuş və Lahıc ASM-nin müdir vəzifəsində qeyd olunmuş may 2023-may 2024 dövrü üzrə (cəmi 13 ay) 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan X1 adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır. May 2023 - may 2024 dövrü istisna olmaqla digər dövrlərdə İddiaçı tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. İnformasiyanın eyni olduğunu nəzərə alaraq həmin dövrlər üçün 2023-cü ilin yanvar ayına aid bir ədəd “nümunə” yazısı qeyd edilmiş tabel cədvəli əlavə olunmuşdur. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 07 fevral 2025-ci il tarixli, 18-1-47/2-118/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, həkim-stomotoloq İddiaçı özü tərəfindən imzalanaraq təsdiq olunmuş və Lahıc ASM-nin müdir vəzifəsində qeyd olunmuş may 2023-may 2024 dövrü üzrə (cəmi 13 ay) 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. 2024-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan X1 adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır və o, Lahıc ASM-nin müdiri vəzifəsindən azad olunmuşdur. May 2023 - may 2024 dövrü istisna olmaqla digər dövrlərdə İddiaçı tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. 2023-cü ilin yanvar ayı üzrə stomotologiya və Lahıc ASM-nin tabel cədvəllərindən göründüyü kimi İddiaçı adı özü tərəfindən təsdiq olunmuş Lahıc ASM-nin tabeliyində deyil, stomotologiya bölməsinin tabeliyindədir. Qəbələ 1 saylı Mediasiya Təşkilatının 03 sentyabr 2024-cü il tarixli, MŞQ/MT035/2024-681 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5ə qarşı əmək haqqı fərqi və yüksəkliyə görə haqq tələbi ilə bağlı 03 sentyabr 2024-cü il tarixində, saat 14:30-da keçiriləcək ilkin mediasiya sessiyasında “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5in nümayəndəsi iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat dəftərxana xərci ödəmişdir. 03 sentyabr 2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Qəbələ 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, həkim-stomotoloq İddiaçı özü tərəfindən imzalanaraq təsdiq olunmuş və Lahıc ASM-nin müdir vəzifəsində qeyd olunmuş may 2023-may 2024 dövrü üzrə (cəmi 13 ay) 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan X1 adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır. May 2023 - may 2024 dövrü istisna olmaqla digər dövrlərdə İddiaçı tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün olmamışdır. 2023-cü ilin yanvar ayı üzrə stomotologiya və Lahıc ASMnin tabel cədvəllərindən göründüyü kimi İddiaçı adı özü tərəfindən təsdiq olunmuş Lahıc ASM-nin tabeliyində deyil, stomotologiya bölməsinin tabeliyindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)-müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir; 197-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar; Göründüyü kimi qanunverici boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə müddətini üç ay müəyyən etmiş, eyni zamanda əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilməsini, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməsini müəyyən etmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının”: 4.1. Bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş vəsaitlər hesabına səhiyyə işçisinin əmək haqqına aşağıdakılar daxildir: 4.1.1. tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı; 4.1.2. əmək şəraitinə görə ödənilən əlavələr; 4.1.3. həvəsləndirici əlavələr; 4.1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər. Həmin Qaydanın 17.1-ci bəndinə əsasən vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq, səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkimstomatoloq istisna olmaqla) 200 manat sabit aylıq həvəsləndirici əlavələr müəyyən edilir. Göründüyü kimi qanunverici aylıq həvəsləndirici əlavələrin ödənilməsini həkimstomatoloqlara şamil etməmişdir. Belə ki, iş materiallarından və tərəf ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu işləyən İddiaçı 05 mart 2019-cu il tarixdən RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də o, fəaliyyətini səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi davam etdirmiş və məhz tabel uçotu da həmin işə uyğun tərtib edilmiş, İddiaçı Lahıc ASM-nin müdiri vəzifəsinə təyin edildiyindən 2023-cü ilin may ayından 2024-cü ilin may ayı dövrü üzrə ona 13 ay müddətinə 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödəilmişdir. İddiaçı məhkəmə iclasında 2019-cu il tarixdən 2023-cü il tarixə qədər adını səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi deyil, Lahıc ASM-nin müdiri kimi tabel uçotuna qeyd etdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmənin verdiyi sorğuların cavabı olaraq isə göndərilən tabellərdə də 2019-2023-cü illərdə onun adı Lahıc ASM-nin müdiri kimi deyil, səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi qeyd edilmiş və əmək haqqı hesabalanmışdır. Qeyd olunanlara əsasən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) və hüququ yardım üçün vəkilə ödənilmiş məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X5ə qarşı müvəqqəti əvəzetmə və yüksəkliyə görə haqqın ödənilməsinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlqar Hüseynov