Məhkəmə qərarları › İş №2(037)-468/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-468/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-468/2024 25.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi İddiaçı Şı̇ rı̇ nova Mehrı̇ ban Məmməd qızının iştirakı ilə İddiaçı Şı̇ rı̇ nova Mehrı̇ ban Məmməd qızının cavabdeh Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şı̇ rı̇ nova Mehrı̇ ban Məmməd qızı cavabdeh Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 avqust 2013-cü il tarixdə doğulmuş Ələkbərov Sənan Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şı̇ rı̇ nova Mehrı̇ ban Məmməd qızı izahat verərək göstərdi ki, cavabdeh Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğlu ilə faktiki nikahla ailə qurub bir yerdə yaşasalar da nikahlarını rəsmiləşdirməmişlər. 02 avqust 2013-cü il tarixdə Ələkbərov Sənan Nı̇ yaməddı̇ n oğlu adlı bir övladları doğulmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda uşağı ilə birgə valideynlərinin yanında yaşayır. Özü heç yerdə işləmir. Cavabdeh isə əlil kimi pensiya alır. Ayrıldıqları vaxtdan cavabdeh uşağın saxlanması üçün heç bir köməklik etmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğlu məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında ərizə təqdim edərək səhətti ilə əlaqədar məhkəməyə gələ bilmədiyindən işə iştirakı olmadan baxılmasını, İİ qrup əlil olmaqla 168 manat pensiya aldığını, iddiaçının tələb etdiyi aliment məbləğlərini ödəmək imkanının olmadığını, uşağın saxlanması üçün 50 (əlli) manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 181494 nömrəli xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından 02 avqust 2013-cü il tarixdə Ələkbərov Sənan Nı̇ yaməddı̇ n oğlu adlı bir uşağı doğulmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ- MT-035/24-414 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan əlilliyini təsdiq edən sosila arayışın surətindən görünür ki, cavabdeh ümumi xəstəlikdən İİ qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə əlil kimi pensiya aldığını qeyd edərək Sənan adlı uşağın saxlanması üçün hər ay 235 manat aliment təyin olunmasını tələb edir. Cavabdeh məhkəməyə təqdim etidiyi ərizədə rəsmi iş yerinin olmadığını, İİ qrup əlil olmaqla 168 manat pensiya aldığını, bir uşağının saxlanması üçün ayda 50 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edir. İddiaçının yanında azyaşlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin İİ qrup əlil olmaqla heç yerdə işləməməsini nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabir pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 34 (otuz dört) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 27 fevral 2024-cü il tarixdən başlayaraq Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğlundan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq 02 avqust 2013-cü il tarixdə doğulmuş Ələkbərov Sənan Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Şı̇ rı̇ nova Mehrı̇ ban Məmməd qızına verilsin. Ələkbərov Nı̇ yaməddı̇ n Məzahı̇ m oğlundan 34 (otuz dört) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar