Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-558/2021 16.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Mamedov Ağaşərı̇ f Mı̇ rzəmməd oğlunun cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xı̇ dmətı̇ nin 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyatyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Mamedov Ağaşərı̇ f Mı̇ rzəmməd oğlu cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xı̇ dmətı̇ nin 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu l tarixli 06 saylı qərarı ilə X1 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN-006F KOD 40719018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onun 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alğı-satqısı müqaviləsi əsasında evin 12 hektar həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xı̇ dmətı̇ nin 9 sayli Qəbələ Ərazi İdarəsinin hüquqi ünvanı ünvan 2 Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xı̇ dmətı̇ nin 9 sayli Qəbələ Ərazi İdarəsi Qəbələ şəhərində yerləşdiyinə görə mülki iş baxılması üçün Qəbələ rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mamedov Ağaşərı̇ f Mı̇ rzəmməd oğlunun cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xı̇ dmətı̇ nin 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyatyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün Qəbələ rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-558/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-558/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver