Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-603/2020 17.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X8 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək birgə nikahdan xx xxxxxxxx 2019-cu il tarixdə doğulmuş övladı X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay gəlirinin 25 faizi, hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manatdan az olmamaqla alimentin tutularaq ona ödənilməsi, uşağın 3 yaşı tamam olanadək özünün saxlanması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahından xx xxxxxxxx 2019-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Hələ hamilə olarkən cavabdeh onu İsmayıllı şəhərində yaşayan valideynlərinin yanına gətirərək bir müddət sonra gəlib aparacağını bildirsə də həmin vaxtdan faktiki olaraq ayrı yaşayırlar. Uşaq qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlmişdir. Cavabdeh ötən müddət ərzində uşağı ilə maraqlanmamış və övladının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Cavabdeh ona qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırsa da, uşağın bir yaşı tamam olmadığından mülki iş üzrə icraata xitam verilmişdir. Onun yanında bir yaşı tamam olmamış uşaq olduğundan heç yerdə işləyə bilmir. Cavabdeh isə özəl firmada işləməklə kifayət qədər aylıq gəlirə malikdir. Ona görə də uşağın maddi təminatı üçün cavabdehin əmək haqqının 25 faizi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 200 manatdan az olmamaqla aliment təyin olunması, uşağın 3 yaşı tamam olanadək zəruri vəsaitə malik olan cavabehdən hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X5 işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi izahat verərək göstərdi ki, cavabdeh “xxxxxxx” QSC-də quraşdırma üzrə mütəxəssis vəzifəsində işləməklə ayda 400 manat əmək haqqı alır. Uşağın maddi təminatı üçün ayda 170 manat aliment ödəməyə razıdır. Cavabdehin təklif etdiyi məbləğ qazancının yarısı qədər olduğundan uşağın 3 yaşı tamam olanadək hər ay iddiaçıya 100 manat aliment ödəməyə vəsaiti çatmır. Ona görə də iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibətini dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AZ-İİ 306412 nömrəli xx xxxxxx 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər nikahlarını xx xxxxxx 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 4098 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. AZ-İV 341424 nömrəli xx xxxxxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2019-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. “xxxxxxx” QSC-nin xx.xx.2020-ci il 44 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh quraşdırma üzrə mütəxəssis vəzifəsində işləməklə ayda 400 manat əmək haqqı alır. İsmayıllı rayon Məhkəməsinin 2(037)-506 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadının surətindən müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2019-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hamilə olarkən cavabdehlə faktiki olaraq ayrılmışlar. Uşaq qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlmişdir. Cavabdeh ötən müddət ərzində uşağı ilə maraqlanmamış və övladının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Onun yanında bir yaşı tamam olmamış uşaq olduğundan heç yerdə işləyə bilmir. Cavabdeh isə özəl firmada işləməklə kifayət qədər aylıq gəlirə malikdir. Ona görə də uşağın maddi təminatı üçün cavabdehin əmək haqqının 25 faizi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 200 manatdan az olmamaqla aliment təyin olunması, uşağın 3 yaşı tamam olanadək cavabehdən hər ay 100 manat alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı bildirdi ki, cavabdeh “xxxxxxx” QSC-də quraşdırma üzrə mütəxəssis vəzifəsində işləməklə ayda 400 manat əmək haqqı alır. Uşağın maddi təminatı üçün ayda 170 manat aliment ödəməyə razıdır. Cavabdehin təklif etdiyi məbləğ qazancının yarısı qədər olduğundan uşağın 3 yaşı tamam olanadək hər ay iddiaçıya 100 manat aliment ödəməyə vəsaiti çatmır. Ona görə də iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. cavabdeh “xxxxxxx” QSC-də quraşdırma üzrə mütəxəssis vəzifəsində işləməklə ayda 400 manat əmək haqqı alır. Cavabdehin digər gəliri və aylıq qazancı barədə məlumat yoxdur. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, onların alimentə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manatdan az olmamaqla aliment alınaraq xx xxxxxxxx 2019-cu il tarixdə X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.4-cü maddəsinə əsasən ərindən(arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər (arvad) arasındakı sazişlə müəyyən edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ayda 400 manat əmək haqqı alır. Uşağın maddi təminatı üçün ayda 170 manat aliment ödəməyi təklif edir. Təklif olunan məbləğ qazancının yarısı qədər olduğundan uşağın 3 yaşı tamam olanadək hər ay iddiaçıya 100 manat aliment ödəməyə vəsaiti qalmır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin xx xxxxxxxx 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manatdan az olmamaqla aliment alınaraq xx xxxxxxxx 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. İddia tələbinin xx xxxxxxxx 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinə dair hissəsi rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-603/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-603/2020
17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver