Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-614/2024 05.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, iddiaçı X1 Cavabdeh qarşı cavabdehin alimentin tam və vaxtında ödənilməsinə məcbur edilməsi, cavabdehin təqsiri üzündən yaranmış aliment borcu ilə əlaqədar dəbbə pulunun tətbiq edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edərək Cavabdeh alimentin tam və vaxtında ödənilməsinə məcbur edilməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən Cavabdeh təqsiri üzündən aliment üzrə yaranmış borcla əlaqədar ona alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu tətbiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələbinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir surətdən ibarət iddia ərizəsi ilə müraciət etmiş, ərizəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edərək Cavabdeh alimentin tam və vaxtında ödənilməsinə məcbur edilməsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən Cavabdeh təqsiri üzündən aliment üzrə yaranmış borcla əlaqədar ona alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu tətbiq edilməsinə dair qeyri müəyyən tələblər irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.6-1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbləri qeyrimüəyyən olsada, onun məqsədi keçmiş həyat yoldaşından aliment tələb etmək olduğundan həmin tələb ailə münasibətlərindən irəli gələn mübahisədir. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə göndərməmişdir. Hazırki iddia tələbləri üzrə iddiaçı bir surətdən ibarət iddia ərizəsi ilə müraciət etməklə öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etmədiyinə, qeyrimüəyyən tələblə məhkəməyə müraciət etdiyinə görə, habelə, iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən müvafiq sənədi ərizəsinə əlavə etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı X2 izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı cavabdehin alimentin tam və vaxtında ödənilməsinə məcbur edilməsi, cavabdehin təqsiri üzündən yaranmış aliment borcu ilə əlaqədar dəbbə pulunun tətbiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarlsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-614/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-614/2024
05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver