Məhkəmə qərarları › İş №2(037)-615/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-615/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-615/2022 22.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı torpaq sahələri barədə alqı-satqı əqdinin etibarlı saylması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 22 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Zeyvə kəndinin ərazisində yerləşən, 11 sentyabr 2000-ci il tarixli JN-0059 nömrəli (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan 2,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair, İsmayıllı rayonu Zeyvə kəndinin ərazisində yerləşən, 11 sentyabr 2000-ci il tarixli JN-0084 nömrəli (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 xüsusi mülkiyyətlərində olan 2,15 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərnin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən olundu ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2, 151.1, 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı torpaq sahələri barədə alqı-satqı əqdinin etibarlı saylması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar