Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-621/2021 13.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 13 avqust 2021-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan 2,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,39 hektar hissəsi və JN – 371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətlərində olan 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verərək göstərdi ki, o, JN - 372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan 2,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,39 hektar hissəsini və JN – 371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətlərində olan 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsini almaq qərarına gəlmişdir. Belə ki, İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən həmin torpaq sahələri onların mülkiyyətçiləri tərəfindən satıldığını eşidib həmin torpaq sahələrinin hamısının bir yerdə olduğunu dəqiqləşdirərək torpaq sahələrini bütöv bir ərazi kimi satın almaq üçün mülkiyyətçilərin hər biri ilə ayrı-ayrılıqda danışıb şifahi razılığa gəlmişdir. Həmin vaxt qeyd olunan torpaq sahələrinin mülkiyyət hüququnu tanıyan sənədləri hazır olmamışdır. Torpaq sahələrinin mülkiyyətçiləri ilə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqavilələrini rəsmiləşdirərlər. O, torpaq sahələrinin mülkiyyətçilərinin xahişi ilə 2004-cü ilin dekabr ayında həmin torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu haqda aralarlnda sadə yazılı əqd bağlanmışdır. Bundan sonra torpaq sahələrinin mülkiyyətçilərinin hər biri özünün xüsusi mülkiyyətində olan torpaq sahəsini onun faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədləri də əldə olunduqdan sonra ona təqdim etmişlər. Həmin vaxtdan qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlər və onların bütün ailə üzvlərinin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin ailə üzvlərindən bəziləri başqa yerdə yaşadığından, bəziləri isə Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməklə torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş JN 372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 2,40 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN 371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,90 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında sadə yazılı formada tərtib edilmiş 22 dekabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,39 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 arasında sadə yazılı formada tərtib edilmiş 22 dekabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,40 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 0,90 hektar torpaq sahəsi cavabdehlər İs Cavabdeh5 Cavabdeh6 mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında sadə yazılı formada tərtib edilmiş 22 dekabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,39 hektar hissəsinin, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 arasında sadə yazılı formada tərtib edilmiş 22 dekabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlərin özlərinə məxsus olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsinin dəyərini tam ödəmək şərti ilə iddiaçı onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin bəziləri ərazidə yaşamadıqlarından, bəziləri isə Notariat Kontoruna getməkdən yayındıqlarından alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN -372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan 2,40 hektar torpaq sahəsinin 1,39 hektar hissəsini və JN -371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətlərində olan 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 2,40 hektar torpaq sahəsinin 1,39 hektar hissəsinin dəyərini 22 dekabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsinin dəyərini 22 dekabr 2004-cü il tarixdə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tam şəkildə ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, həmin əqddən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən JN -372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan 2,40 hektar torpaq sahəsinin 1,39 hektar hissəsi və JN -371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətlərində olan 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsi ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.4, 215-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN -372 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan 2,40 hektar torpaq sahəsinin 1,39 hektar hissəsi və JN -371 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətlərində olan 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,39 hektar hissəsi barəsində İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış alğı-satqı əqdləri etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-621/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-621/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver