Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-633/2022 14.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 iyul 2022-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 716 (KOD ********) nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,4169 hektar torpaq sahəsinə RX seriyalı ******* nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi barəsində onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 716 (KOD ********) nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,4169 hektar torpaq sahəsinə RX seriyalı ******* nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Həmin vaxt qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququnu tanıyan sənədləri mülkiyyətçilərdə olmamışdır. Mülkiyyətçilərlə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqaviləsini rəsmiləşdirərlər. O, mülkiyyətçilərinin xahişi ilə 2004-cü ilin dekabr ayında həmin torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu barədə cavabdehlərlə aralarında sadə yazılı formada müqavilədə bağlamışlar. Bundan sonra torpaq sahələrinin mülkiyyətçilərinin hər biri özünün xüsusi mülkiyyətində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermişlər. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsindədir. Torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlər və onların bütün ailə üzvlərinin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Hazırki vəziyyətdə cavabdehlərdən və onların ailə üzvlərindən bəziləri başqa yerdə yaşadığından, bəziləri isə Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməklə torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. O, qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən həmin torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır İş materiallarına əlavə edilmiş JN - 716 (KOD ********) nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1999cu il tarixli 62 saylı qərarına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 08 yanvar 2008-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən 08 yanvar 2015-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,4169 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 arasında sadə yazılı formada tərtib edilmiş 06 dekabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 0,4169 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 716 (KOD ********) nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,4169 hektar torpaq sahəsinə RX seriyalı ******* nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsinin dəyərini tam şəkildə ödəməklə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər mülkiyyətində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin Notariat Kontoruna getməkdən yayındıqlarından alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər arasında 06 dekabr 2004-cü il tarixdə sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşən torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satmalarını və torpaq sahəsinin dəyərini tam şəkildə almaları qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən, cavabdehlərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəmiş, bununla da qeyd edilən torpaq sahələsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. İddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Cavabdehlər notariat kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 716 (KOD ********) nömrəli 16 avqust 1999-cu il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,4169 hektar torpaq sahəsinə RX seriyalı ******* nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi barəsində iddiaçı X1 ilə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.4, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən, JN - 716 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,4169 hektar torpaq sahəsinə RX seriyalı ******* nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi barəsində iddiaçı X1 ilə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-633/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-633/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver