Məhkəmə qərarları › İş №2(037)-685/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-685/2023

14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-685/2023 14.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 iyul 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 oktyabr 2008-ci il tarixdə doğulmuş Kamilli Xədicə Xəyyam qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək Sumqayıt şəhərində yaşamaqla məhkəməyə gəlibgetməyə maddi imkanı və səhəti yol vermədiyindən işə iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2005-ci ildə qeyri rəsmi nikah münasibətlərinə daxil olmaqla birgə yaşamışlar. 23 oktyabr 2008-ci il tarixdə Xədicə adlı bir övladları doğulmuşdur. Onlar kirayədə yaşayırlar. Qızı Xədicə qan azlığından əziyyət çəkməklə bununla bağlı müalicə olunur və 5 saylı Cəbrayıl rayon qaçqın məktəbində təhsil alır. Cavabdeh isə ayrı yaşadıqları müddətdə ailəsi ilə maraqlanmamış və uşağının maddi təminatını ödəməmişdir. Ona görə də cavabdehdən uşağın saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, mobil telefonunda olan “VhatsApp” proqramı vasitəsi ilə yazaraq hazırda Rusiya Federasiyasında yaşamaqla səhəti ilə əlaqədar heç yerdə işləmədiyini, öz dərmanlarını ala bilmədyini, buna baxmayaraq uşağına ayda 100- 120 manat aliment ödəyə biləcəyini qeyd edərək hazırki vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.. Məhkəmə iddiaçının iştirak etdiyi məhkəmə iclasındakı izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AZ-İİİ 118887 nömrəli 16 fevral 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 23 oktyabr 2008-ci il tarixdə Kamilli Xədicə Xəyyam qızı adlı bir övladı doğulmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MT018/-23-01134 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı uşağın məktəbli olmaqla müalicəyə ehtiyacı olduğunun qeyd edərək uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh Rusiya Federasiyasında yaşamaqla səhəti ilə əlaqədar heç yerdə işləmədiyini, uşağın saxlanması üçün ayda cəmi 100-120 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq 23 oktyabr 2008-ci il tarixdə doğulmuş Kamilli Xədicə Xəyyam qızının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 07 fevral 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 07 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq 23 oktyabr 2008-ci il tarixdə doğulmuş Kamilli Xədicə Xəyyam qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 42 (qırx iki) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar